“Azərbaycandan Anadoluya könül körpüsü

 

Dövlət Mahnı Teatrında Milli Qurtuluş Gününə həsr olunmuş “Bir millət, iki dövlət: Azərbaycandan Anadoluya, türk dünyasına könül körpüsü” adlı gecə və “Qarabağdan türk dünyasına könül körpüsü” mövzusunda 9-cu Kapadokya şeir festivalı keçirilib.

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” və “Aşıq Şəmşir Mədəniyyət Ocağı” ictimai birliklərinin, Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə reallaşan tədbirdə Türkiyənin görkəmli şairi Camal Safi başda olmaqla qardaş ölkədən və İraqın Kərkük vilayətindən şairlər iştirak ediblər.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Zəlimxan Yaqub çıxış edərək türk dünyası şairlərinin iştirakı ilə belə görüşlərin keçirilməsinin vacibliyini vurğulayıblar.

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutuİctimai Birliyinin sədri, Milli Məclisin deputatı Qənirə Paşayeva türk dövlətlərini təmsil edən şair və yazıçıların türk dünyasını birləşdirən dəyər olduqlarını qeyd edib.

Tədbirdə türkiyəli şair Camal Safi yaradıcılığından nümunələr səslənib, bir sıra qələm sahibləri mükafatlandırılıb.

 

Mədəniyyət.- 2014.- 18 iyun.- S. 5.