Kitabxanada görkəmli yazıçıya həsr olunmuş tədbir

 

İyunun 18-də Nərimanov Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Böyük teatr fədaisi - İlyas Əfəndiyev” mövzulu tədbirdə xidmət şöbəsinin baş kitabxanaçısı Mirxanım Talıbova görkəmli ədibin həyatı və zəngin yaradıcılığı haqqında ətraflı məlumat verib. Daha sonra 64, 39, 193 nömrəli orta məktəblərin şagirdləri yazıçının xatirəsinə həsr olunmuş şeirlər söyləyib, əsərlərindən parçalar oxuyublar.

 

Mədəniyyət.- 2014.- 20 iyin.- S.10.