Bakıxanov və Azərbaycan fəlsəfi fikri

 

İyunun 20-də Şirvan şəhər Mərkəzi kitabxanasında yazıçı, mütəfəkkir, alim Abbasqulu ağa Bakıxanovun 220 illiyi münasibətilə “Abbasqulu ağa Bakıxanov və Azərbaycan fəlsəfi fikri” mövzusunda söhbət aparıldı.

Kitabxananın informasiya-resurs şöbəsinin müdiri Mehriban Alxasova qeyd etdi ki, A.Bakıxanov Azərbaycan xalqının ensiklopedik biliyə malik mütəfəkkir simalarından biridir. O, tarix, fəlsəfə, ilahiyyatetikaya dair qiymətli əsərlər müəllifi, fəal maarifçi, eyni zamanda klassik Azərbaycan poeziyasının sirlərinə bələd olan şair kimi tanınır.

Kitabxananın əməkdaşı Yeganə Nağdəliyeva çağdaş mədəniyyətin Şərqdə ilk carçılarından olan Bakıxanovun elmi, ədəbi, fəlsəfi xidmətlərindən danışdı. Qeyd olundu ki, müəllifin “Təhzibül-əxlaq”, “Nəsihətlər”, “Kəşfül-qəraib”, “Kitabi-Əsgəriyyə”, “Mişkatül-ənvar” və s. əsərləri bu gün də aktuallığını itirməyib. Digər çıxış edənlər Bakıxanovun cəmiyyət haqqında fikirlərindən, əxlaqi-fəlsəfi ideyalarından söz açdılar.

 

Vəzufə Xuduyeva

Mədəniyyət.- 2014.- 25 iyun.- S.9.