Ruhun şad, Tofiq müəllim!

 

Həmkarlarına öz aləminlə, oxucularına söz-qələminlə müəllim - Tofiq Abdin!

 

Sən bu nahaqq dünyada o qədər şən, oxəntərə xoşgörü görsənirdin ki, mən sənin haqq dünyalığın haqda da sözümə “şad”lıqla başladım, Tofiq müəllim! Halbuki sənin dərd-sərin də az deyildi. Bunların “şəxsi”lərinə toxunmaq - mətbu və milli ənənə baxımından - yasaq. “Ümumi”ləri barədəsə, gərəkdir ki, bir az yazaq...

Ona görə yazım yox, “yazaq” yazıram ki, bura qədərki və bundan sonrakı fikirlərin, sevgilərin, ürəkdən gələn öygülərin hamısına bu redaksiya əməkdaşlarının hamısı şərik - bir vaxt səninlə birgə işləmiş “köhnə”lərdən tutmuş, sənin bizdən getdiyin (2008-dən) vaxtdan bizə gələn yenilərə qədər. Biz hamımız bilirdik ki, yarıməsrlik müşahidələrinlə müşayiət olunan ictimai-siyasi mənzərələrlə, mental əyər-əskiklərimizlə, 60-cı illərdə çuğul-xəbərçisiz həmsöhbətliklərdə işlətdiyin “qabar-xəbərlər”, “dejurnı dokladlar” və sair inform-trafaretlərlə əlaqədar çəkdiyin milli-mənəvi yüklər, qayğılar, təəssübkeşliklər çoxumuzunkundan çox, daha analitik, daha obrazlı, daha istedadlı idi. Müasir oxucular bunların çoxunu bilir, deyə - mən bir “retro”-misal çəkim. 1975-ci ildə o dövrün ən ( yeganə) milli dərgisi kimi dəyərləndirilənQobustan”da yazırdın: “Sentyabrın 18-də getdim Azərbaycan Dövlət Konservatoriyasına, dəhlizlərdə, pilləkən, vestibül bir neçə auditoriyadabu gün nəynən əlamətdardırsualıyla bir neçə tələbəyə müraciət etdim, onlardan yalnız üçüÜzeyir bəyin doğum günüdürdedi...”

Yeddi-səkkiz il yaşadığın məmləkətdə - “ömrün Türkiyə fəsli”ndə eləcə-beləcə publisistik yazılar, şeirlər, kitablar... Orta doğu”, “Yeni Asiyaqəzetlərinin yaşlı oxucuları sənin köşələrini çox bəyəndiklərini çox yerdə söyləyiblər.

Bəli, sən o vaxtlardan qəzet jurnallarda, hərdən radio-televiziyada bu sayaqfənn”lərdən bu xalqa, xüsusən biz həmkarlarına belə-belə dərslər verirdin, Tofiq Abdin!

Öz şəxsi aləminlə dərs olduğun saysız-hesabsız həmkar dostlarının bir qrupu da bizim buMədəniyyətqəzeti redaksiyası, “Qadası”! Bu sonuncu sözün özü səndən bizə yadigarterminlərdən”, xoş münasibət, ilıq-qılıq xitab elementlərindən biri. Bu sözün ucundan tutub ucuzluğa gedən bir nəfərə isə dedin: “Adam var ki qadasıdır, Qadası, adam da var - uzaq Nargin adası...”

, dediyin Mollanəsrəddinanə sözlərin, yazdığın nəsranə fikirlərin hər biri poetik ritmdə səslənirdi. Axı sən həm şair idin, Tofiq Abdin! Yazırdın:

 

Hara gedir bu məmləkət, görəsən?

Gedir şellənə-şellənə.

Qarşıdan bir bəla gəlir -

aman, yellənə-yellənə...

 

Sözlərinə heç bir məhəl qoyan yox,

təklənibdi bir kimsədən həyan yox,

tikənindən dağıdanı daha çox,

Danışmağa dili var -

amma heç bir eşidən yox...

qalıb dillənə-dillənə.

 

Yaman uzun sürdü bu alış-veriş,

zamana sığmayır bu vaxtsız gərdiş,

xeyrə yozulmayır bu gediş-gəliş

bizsə qalmışıq ortada -

hələ küllənə-küllənə...

 

Hərdən bizi öz şirin, duzlu-məzəli, milli-mənəvi söhbətlərinin başına yığıb danışardın ki, biz yazanda atalarımızın qazandığı, analarımızın bişirdiyi çörəyin tək elə ətrindən yox, onlarıngətir-götürxətrindən söz açmalıyıq. Xalqın ağzından eşitdiklərimizi elə bişirib-düşürüb qaytarmalıyıq ki, gözəlim oxucu bunları tək elə göz-qulağıyla yox, ürəyilə qəbul etsin.

Belə-belə söhbətlərdən sonra bir oxuyurduq ki:

 

Nəvələrim,

sizi sevməyimə

zəhər qatanlar olacaq

düşünürdüm.

Oldu...

Bu zəhər tavandan axırmış,

liftlə qalxırmış,

böyrümdə-başımda

fırlanırmış -

qan təzyiqindən fırlanan həyatım kimi.

Sizi sevəcəm unudulmayan bayatı kimi,

sizi sevəcəm məndən sonra yaşaya biləcək

şeirlərimin həyatı kimi.

Məhkumam sizi sevməyə.

Allah, əlini uzat

şəfqət at

içimə...

Məni hazırla

içi dolu şəfqətlə ölməyə...

 

Oxuyurduq mat-məəttəl qalırdıq ki; belə bir həyatsevər adam hara, ölüm səfərinə yır-yığış hara?!

Bütün bunlardan sonra... bu ilin 24 fevralı! Sosial şəbəkələrdə, neçə-neçə qəzetlərdə belə bir xəbər: “Jurnalist, şair, tərcüməçi Tofiq Abdin 73 yaşında vəfat etmişdir”.

...Həmişə qapılarımızı xeyirxəbərlə açan Rafiq Vəliyev bu dəfə yaman qara gəldi Tofiq Abdin...” deyib, otağımızı süzgün-üzgüncə tərk etdi.

Həmidə Nizamiqızı söylədi ki, Tofiq müəllim bizim 15 nəfərlik redaksiyamızdan gedəndən bəri ürəyimdə deyirdim: “15 yazaq, 1 yadda...”

Redaksiyamızın iki Səbinəsindən Kərimlisi böyük qardaş itkisinə bab bir ah çəkdi, Məmmədova isə bir xatirə söylədi: “Bir gün ondan bir balaca incimişdim. Salamını alsam da, əvvəlki rəğbətimi görməyib, “Qız, bu doğruçu inciklikmi?” - soruşdu. Dedim, bəli. Onda mən özümü bu pəncərədən atıram!” deyib, irəlilədi. Yarı ciddi-yarı zarafat, inandırıcı görünmür, dedim. O isə çox ciddi jestlə pəncərəni açdı ... gülmək məni necə tutdusa, məsələkriminalsıznəticələndi.

Rəhmətliyin bizim redaksiyadan gedişindən 3-4 il sonra qəzetimizə baş redaktor gəlmiş İntiqam Hümbətov isə “...müəllim, istərdim Tofiq Abdin haqda geniş bir ürək yazısı yazasızdedi.

Geniş”liyə nail ola bilməsəm , ürəklə yazdım bunu, Tofiq müəllim!

... özümü səni sevən bütün kollektivimizdən fərqləndirməmək üçün, bu yazını belə imzalayıram:

 

Mədəniyyət.- 2014.- 5 mart.- S. 13.