“Mən fransızca danışıram”

 

Kainat” Gənclik Mərkəzinin mədəniyyət və təhsil sahəsində həyata keçirdiyi layihələrdən biri də “Mən fransız dilində danışıram” müsabiqəsidir. Məktəblilər arasında müsabiqə Fransanın Azərbaycandakı səfirliyinin, Bakı Oksford Məktəbinin iştirakı, “Total Azərbaycan” şirkətinin dəstəyi ilə artıq 11 ildir reallaşır.

Martın 1-də Bakı Oksford Məktəbində “Mən fransız dilində danışıram” müsabiqəsinin finalı olub. Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə tədbirdə çıxış edərək məktəbliləri xarici dillər öyrənməyə həvəsləndirmək məqsədilə keçirilən müsabiqənin əhəmiyyətini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb. Qeyd edib ki, Azərbaycan dövləti gənclərin ölkəmizdə, eləcə də xarici ölkələrin ən yaxşı universitetlərində gözəl təhsil alması üçün əlindən gələni əsirgəmir.

Müsabiqədə Bakı Oksford Məktəbinin müəllimləri və Fransa səfirliyinin əməkdaşları paytaxtda fransız dilinin tədris olunduğu məktəblərin yuxarı sinif şagirdlərinin şifahi nitqqrammatika biliklərini yoxlayıblar. Yarışmada 25 məktəbli iştirak edib. Onların hər birinə diplom və fransız dili üzrə tədris vəsaitləri, qaliblərə hədiyyələr təqdim olunub.

 

Mədəniyyət.- 2014.- 5 mart.- S. 14.