İlaxır çərşənbələr

 

Novruza doğru

 

Martın gəlişi ilə yurdumuz minilliklərlə yaşı olan, mədəni irsimizin zəngin səhifələrini yaşadan Novruz havasına köklənməkdədir. Novruzun müjdəçisi olan ilaxır çərşənbələrdən ikisini - SuOd çərşənbəsini də yaşadıq.

Novruz mərasimləri yaradılışın əsasında dayanan dörd ünsürün - su, od, hava (yel) və torpağın oyanması ilə bilavasitə bağlıdır. Qışın dondurucu soyuğundan xilas olmağa can atan ana təbiət günəşin ilıq nəfəsini səbirsizliklə gözləyir. Bu nigaranlıq dörd həftə, daha doğrusu, dörd çərşənbə sürürinsanlar çərşənbələri təmtəraqlı şəkildə, məxsusi ayin və mərasimlərlə qeyd edirlər. Novruz bayramı ərəfəsində ilk qeyd olunan Su çərşənbəsidir.

 

Su çərşənbəsi

 

Baharın ilk müjdəsini verən Su çərşənbəsi xalq arasında həm də “əzəl çərşənbə”, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “gül çərşənbə” və “sular Novruzu” adları ilə də məlumdur. Bu il “əzəl çərşənbə” fevralın 25-nə təsadüf etdi.

Qədim inametiqadlara görə, su çərşənbəsində təbiətin dörd ünsüründən biri olan su yenilənir. Bu çərşənbə su ilə, suyun təzələnməsi ilə başlanır. Səhər-səhər dan yeri sökülərkən hamı su üstünə gedir. Əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir və su üstündən atlanırlar. Xalq inamına görə, Su çərşənbəsində suyun üstündən atlananlar ilboyu xəstəlikdən uzaq olarlar. Bu mərasim aşağıdakı nəğmə ilə başa çatar:

 

Sel çapar, su çapar,

Bir günah işlədim,

Gəl onu tut, apar.

Sel çapar, su çapar,

Gəl apar, gəl apar...

 

Bu mərasimlə bağlı həm çoxlu deyimlər, bayatılar, inanclar fallar var. İnanca görə, süfrəyə suyun dağılması aydınlıqdır. Su içən adamı qəfil vurmazlar yaxud suyun lal axan yerindən keçməzlər.

Su çərşənbəsi ilə bağlı müxtəlif mif mətnləri var ki, bu günümüzə qədər gəlib çıxıb. Həmin miflərdən birində deyilir: “Meşədə yaşayan Oğuz oğlu yolda bir qurdla qarşılaşır. Qurd onun qabağına keçib yalvarır: “Ey Oğuz oğlu, gözümün ağı-qarası bir qızım var. Dünən ovçular onu doğram-doğram etdilər. Bircə ümidim sənədir. Sabah sübh tezdən Buz bulağının suyundan götürüb qızımın yaralarına töksən sağalar. Mən sənə borclu qalmaram. Oğuz nəslinə əbədiyyət verərəm. Oğuz oğlunun ürəyi kövrəlir. Sübh tezdən Buz bulağa gəlir. Su üstündə əl-üzünü yuyur. Bir qab su alıb qurd balasının yanına gedir. Suyu töküb onun yaralarını yuyur. Qurd balası gözlərini açır. Dönüb gözəl bir qız olur... Qurd qızını Oğuzun oğluna verir deyir:

- Bu izdivac sənə əbədi həyat qüdrət verəcək. Oğuz oğlu, sənin övladından törəyəcək yeddi oğul yeddi ölkənin qüdrətli xaqanı olacaqdır. Bu, belə olur...”

 

Od çərşənbəsi

 

Od çərşənbəsi (bu il martın 4-nə təsadüf etdi) yeni həyatın, daha doğrusu, baharın gəlişini simvolizə edir. Od çərşənbəsi ilə bahara doğru daha da yaxınlaşmış oluruq. Günəş yavaş-yavaş torpağı qızdırır ona nəfəs-can verir. Hökmdar-şair Şah İsmayıl XətaiDəhnaməpoemasınınBahariyyəhissəsində baharın gəlişi zamanı təbiətin canlanmasını odunfunksiyasınıbelə ifadə edir:

 

Qış getdi, yenə bahar gəldi,

Gül bitdi laləzar gəldi.

Quşlar qamusu fəğanə düşdü,

Eşq odu yenə bu canə düşdü...

 

Xalqımız daima odu təmizlik, sağlamlıq gözəllik rəmzi kimi müqəddəs hesab edib. Onunla bağlı bir çox deyimlər-inanclar, atalar sözləri, andlar, alqışlar bu günə kimi qalmaqdadır: od inamdandır; odla oynayan odsuz qalar; odu söyən qara günə qalar; ocaq dağıdanın ocağı dağılar; od haqqı; ocağın qaralmasın; od-ocağa həsrət qalasan s.

Od çərşənbəsi həm özünün adət-ənənələri ilə zəngindir. İstiliyin qorunması, yenidən qayıdıb torpağa hopması əmək mövsümünün başlanması üçün torpağa məhsul əkininə hazırlıq məhz Od çərşənbəsində öz əksini tapır. Şər qarışanda hər həyətdə, yaxud məhəllədə tonqallar qalanar tonqal başına toplananların hamısı növbə ilə üç dəfə alovun üstündən tullanarlar. Tonqalın ətrafına toplaşan insanlar odun üzərindən atlanmaqla köhnə ildən qalan əzablarını, ağırlıqlarını sanki arxada qoyur yeni ildə xoşbəxt, firavan həyat yaşayacaqlarına inanırlar.

Od çərşənbəsinə bəzənÜzgü çərşənbə”, “Üzgü axşamıda deyirlər. Od günəşlə, işıqla gündüzlə əlaqələndirilir. Günəş istisini arzulayan ulu babalarımız böyük bir tonqal qalayıb günəşin çıxmasını gözləyib, odun şərəfinə nəğmələr söyləyiblər.

Od çərşənbəsi haqqında söz açan görkəmli folklorşünas alim, professor Mirəli Seyidov tədqiqatlarında qeyd edir ki, Qam-Şaman mərasimində dəf alətində ifa edilən zaman onun gündoğandan günbatana doğru hərəkəti günəşə inamla bağlıdır. Qamlar dəfə-qavala yaranışın simvolu kimi baxıblar. Miflərə görə, Günəş-Od-Atəşin mənbəyi ağacın gövdəsində yatan istiliklə bağlı olub. Əski türk inamına görə, odu insanlar ilk olaraq ağac gövdəsinin dibindən əldə ediblər. Hələ qədimdən xalqımızın günəşə, oda böyük inamı olub. Bu səbəbdən odu qoruyub-saxlamaq adətə çevrilib. Ocağın, odun əldə edilməsi bəşər sivilizasiyasında köklü dəyişikliklərin baş verməsinə səbəb olub.

Atəşpərəstlərin etiqadlarına görə, “Müqəddəs od”u insana ağac verib. Ulu babalarımız bunun şərəfinə şənliklər keçiriblər. İnsan bədənində təbiətin özündə qorunub saxlanan istilik müqəddəs hesab olunub. Od ilə istinin əsas mənbəyi isə Günəş hesab olunub. Onu çağıran Qodu (Hodu) nəğmələri xalq arasında geniş oxunub günəşin istiliyi şərəfinə Azərkan şənlikləri düzənlənib.

Deməli, od həm insanları birliyə, bərabərliyə istiqamətləndirən vacib ünsürlərdən biridir.

Qarşıda iki çərşənbəmiz var - Yel Torpaq çərşənbəsi. Novruza iki həftə qaldı...

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2014.- 5 mart.- S. 15.