Azərbaycandakı tolerantlıq mühiti Londonda müzakirə olunub

 

LondondaQafqazda dinlərmövzusunda elmi konfrans keçirilib. Avropa-Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil olunan konfransda Azərbaycan, Almaniya, Polşa, Fransa başqa ölkələrdən 50-dən çox teoloq, tarixçi alim tədqiqatçı iştirak edib.

Tədbirdə Azərbaycanın yəhudi dini icmalarını tanınmış tarixçi, AMEA-nın İnsan Hüquqları İnstitutunun əməkdaşı Moşe Bekker təmsil edib. O, Azərbaycanın yəhudi icmalarının tarixindən, onların ölkənin inkişafında rolundan, yəhudilərin hələ ilk neft bumu zamanı ölkənin neft sənayesinin inkişafına, elm, mədəniyyət, təhsil səhiyyənin yüksəlişinə prinsipial töhfəsindən danışıb.

Bildirib ki, Azərbaycanda hələ XIX əsrin sonu - XX əsrin əvvəllərində yəhudi məktəbləri vardı, yəhudi icması 1918-1920-ci illərdə Xalq Cümhuriyyəti parlamentində təmsil olunurdu. O deyib: “Azərbaycan nadir mədəniyyəti olan çoxkonfessiyalı və polietnik ölkədir, burada bütün etnosların və konfessiyaların nümayəndələri mehriban yaşayırlar. Buna görə də dinlərarası, etnoslararası və mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanın təcrübəsinin öyrənilməsi və ondan istifadə edilməsi vacibdir”.

 

Mədəniyyət.- 2014.- 7 mart.- S. 3.