İncəsənət məktəbi şagirdlərinin bayram hədiyyəsi

 

İsmayıllıdakı Gənclər Mərkəzində uşaq incəsənət məktəbi şagirdlərinin 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib. Gecə balacaların ifasında “Cücələrim” qrupunun çıxışı ilə başlayıb. Sonra bir-birinin ardınca gözəl ifalar dinlənilib.

Şagirdlərdən ibarət ansamblın, V sinif şagirdi Samirə Məmmədova, GünelXuraman Osmanova bacıları, “Pöhrə” televiziya müsabiqəsinin laureatı Sirus Xasməmmədov və başqalarının ifaları, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

Mədəniyyət.- 2014.- 7 mart.- S. 5.