Nəsrəddin Tusi Amerikanın kəşfi

 

Martın 5-də AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda yazıçı-tədqiqatçı Ramiz Dənizin (Qasımov) “Xristofor Kolumb, Nəsrəddin Tusi Amerika qitəsinin həqiqi kəşfi”, “Əsrləri qabaqlamış alim - Nəsrəddin TusiBraziliyanın müəmmalı kəşfikitablarının təqdimatı olub.

Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə elmlər doktoru Elbrus Əlizadə yazıçının yaradıcılığı haqqında məlumat verib.

Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev bildirib ki, ölkənin inkişafı onun insanlarının intellektual səviyyəsindən çox asılıdır. Ramiz Dəniz elə müəlliflərdəndir ki, yazdığı əsərin mövzusunu dərindən öyrənib araşdırdıqdan sonra dəqiq faktlara istinad edərək mühüm nəticələri üzə çıxarır.

Digər çıxış edənlər Ramiz Dənizin oxucuya daha çox məlumat çatdırmaq bacarığını, kitablarının oxunaqlı, maraqlı dillə yazıldığını qeyd ediblər.

 

Mədəniyyət.- 2014.- 7 mart.- S. 15.