Türkiyədə Əli bəy Hüseynzadəyə həsr olunmuş konfrans

 

Türkiyənin İstanbul Aydın Universitetində Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş "Azərbaycanda milli oyanış hərəkatı, Hüseynzadə Əli Turan bəy və türk birliyi" mövzusunda konfrans keçirilib. Konfrans Türk Ocaqları İstanbul Şöbəsi və Avrasiya Araşdırmaları İnstitutunun Türk Şurası tərəfindən təşkil edilib.

Universitetin rektoru, professor Yadigar İzmirli Əli bəy Hüseynzadənin türk birliyi ilə bağlı ideoloji nəzəriyyəsinin əhəmiyyətindən danışaraq bildirib ki, bu ideyalar ondan sonrakı nəsillərə də ciddi təsir göstərib.

Türk Ocaqları İstanbul Şöbəsinin sədri Cezmi Bayram, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva tədbirin Əli bəy Hüseynzadə kimi böyük şəxsiyyətlərin irsinin öyrənilməsinin bu gün üçünaktual olduğunu diqqətə çatdırıblar.

 

Mədəniyyət.- 2014.- 12 mart.- S. 14.