İxtisasartırma kursunda ustad dərsləri

 

Xəbər verdiyimiz kimi, Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində rayon uşaq musiqi və incəsənət məktəblərinin səs müəllimlərinə ixtisas kursları keçmək üçün tanınmış xanəndələr dəvət edilir. Bu ay ərzində respublikanın dəyərli səs sahibləri olan sənətkarlar dinləyicilərə ixtisas dərsləri keçiblər.

Bu günlərdə Xalq artisti, Milli Konservatoriyanın baş müəllimi Zabit Nəbizadə mərkəzin qonağı oldu. O, dinləyicilərə muğamlarımızın xalq yaradıcılığı ilə əlaqəsindən, müasir musiqinin yaranmasında muğamların rolundan bəhs edib. Dərs müddətində dinləyicilər ilə bərabər ifa edilən muğam parçaları əsl konsert əhvalı yaradırdı. Zabit müəllimi Balakən rayonu uşaq musiqi və incəsənət məktəbinin səs müəllimi Ələfsər Məmmədov müşayiət edirdi. Səs müəllimləri dəyərli sənətkar ilə görüşdən böyük məmnunluq duydular.

 

Rəfiqə Nəsirova,

 

Respublika Mədəniyyət Müəssisələri İşçilərinin

Hazırlıq və İxtisasartırma Mərkəzinin elmi işçisi

 

Mədəniyyət.- 2014.- 14 mart.- S. 7.