Bayram tədbiri

 

Novruz bayramı ölkəmizin hər yerində tədbirlər, konsert proqramları ilə qeyd edilir. Belə tədbirlərdən biriRespublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində təşkil edilmişdi. Mərkəzin direktoru Ramazan Şabanov tədbiri açaraq müəssisədə kurs keçən dinləyiciləri və işçi kollektivini bayram münasibətilə təbrik etdi.

Mərkəzin qonağı olan Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin klublarında fəaliyyət göstərən bədii özfəaliyyət kollektivlərinin üzvləri Novruz proqramı ilə çıxış etdi. Kosa və Keçəlin şən zarafatları, baharın gəlişinə həsr edilmiş nəğmələr tədbirə xoş əhval qatdı.

Mərkəzdə kurs keçən dinləyicilərin - Göyçay Rayon Mədəniyyət və Turizm Şöbəsini təmsil edən Aqşin Hüseynov, Cəbrayıl rayon uşaq musiqi və incəsənət məktəbinin səs müəlliməsi Nazlı Məmmədova, Balakən rayon uşaq musiqi və incəsənət məktəbinin səs müəllimi Ələfsər Məmmədov, Kəlbəcər rayon və Gəncə şəhər uşaq musiqi və incəsənət məktəblərinin səs müəllimləri Cəvahir İsmayılova və Təyyar Mirzəyevin ifa etdikləri musiqilər dinləyənlərin ruhunu oxşadı.

 

Rəfiqə Nəsirova,

 

Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma

Mərkəzinin elmi işçisi

 

Mədəniyyət.- 2014.- 19 mart.- S. 13.