Uşaq musiqi məktəbində zarafat-opera

 

Martın 17-də Cövdət Hacıyev adına 3 nömrəli uşaq musiqi məktəbi şagirdlərinin ifasında L.Boruxzonun "Biz Sizi sevirik, maestro Haydn" zarafat-operasının premyerası keçirilib. Avstriya bəstəkarı Frans Yozef Haydnın fortepiano sonatalarının musiqisinin müşayiəti ilə Şarl Perronun nağıl obrazları canlandırılıb. Operada məktəbin "Renessans" xoru, skripkaçılar ansamblı və rəqs qrupu məharətlə çıxış ediblər. Tamaşanın sonunda məktəbin direktoru Məhin Orucova və Uşaq Musiqi və İncəsənət Məktəbləri direktorlar şurasının sədri Natiq Vəliyev çıxış edərək şagirdləri təbrik ediblər.

 

Mədəniyyət.- 2014.- 28 mart.- S. 5.