Qılman İlkinin 100 illiyinə həsr olunmuş tədbir

 

Aprelin 29-da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət sarayında görkəmli Azərbaycan yazıçısı, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Qılman İlkinin (1914-2009) 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə alim, professor Eldar Abbaszadə ədibin həyat və yaradıcılığından söz açıb. Qeyd edilib ki, yazıçı “Qalada üsyan”, “Dəniz qapısı”, “Madam Qədri” romanları, “Həyat yollarında”, “Ömrümün cavan çağları”, “Üçtəpə uşaqları”, “Dəniz həmişə göy olmur” və digər povestləri, hekayə və pyesləri ilə ədəbiyyatımıza öz töhfəsini verib. OnunBakı bakılılarkitabı zəngin materialların yer aldığı mənbədir.

Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə yazıçının kino yaradıcılığından söz açıb. Bildirib ki, Qılman İlkin “Yenilməz batalyon” və “Kölgələr sürünür” bədii filmlərinin, bir neçə sənədli filmteleviziya tamaşalarının ssenari müəllifidir. Tədbirdə yazıçının əsərlərindən parçalar oxunub, filmlərdən fraqmentlər göstərilib.

 

Mədəniyyət.- 2014.- 2 may.- S. 14.