“Azərbaycan beynəlxalq münasibətlər sistemində”

 

Mayın 8-də Mətbuat Şurasının keçirdiyi “Azərbaycan beynəlxalq münasibətlər sistemində” mövzusunda jurnalist yazıları müsabiqəsinə yekun vurulub.

Şuranın reallaşdırdığı “Beynəlxalq münasibətlər mövzusu ölkəmizin kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” layihəsi çərçivəsində təşkil olunan müsabiqə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilib.

Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov müsabiqənin əhəmiyyətindən danışıb. Çıxışlardan sonra “Azərbaycanın beynəlxalq münasibətlər sistemi və Heydər Əliyev şəxsiyyəti”, “Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində yerirolu” və “Beynəlxalq siyasi proseslərdə qlobal maraqlar” istiqamətləri üzrə müsabiqənin qaliblərinə və fərqlənənlərə mükafatlar təqdim olunub. Mükafatlandırılanlar arasında “Mədəniyyət” qəzetinin əməkdaşı Vüqar Əliyev də var.

 

Mədəniyyət.- 2014.- 9 may.- S. 4.