Lermontov Qafqazdayürüşü Qusardan keçib

 

Məşhur rus şairi Mixail Lermontovun anadan olmasının 200 illiyi ilə əlaqədar Penza şəhərindən start götürmüşLermontov Qafqazda” adlı beynəlxalq ədəbiyyat avtoyürüşünün iştirakçıları Qusar rayonunda olublar. Yürüş iştirakçıları şairin Qusar şəhərində 1837-ci illərdə yaşadığı evin qabağındakı barelyefi önünə gül dəstələri qoyub və xatirə şəkilləri çəkdiriblər.

Qusar Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri David İbramxəlilov qonaqlara bölgə haqqında ətraflı məlumat verib və onları maraqlandıran sualları cavablandırıb. Qonaqlar Qusar Rəsm Qalereyasına baş çəkib, şəhərin digər görməli yerləri ilə tanış olublar.

Avtoyürüşün təşkilatçısı və qrupun rəhbəri Denis Simonov səmimi qarşılanmaya və qonaqpərvərliyə görə təşəkkür edib, belə görüşlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.

 

Mədəniyyət.- 2014.- 9 may.- S. 10.