Orta Şərqdə türk mədəni irsi

 

Mayın 6-7-də Türkiyənin paytaxtı Ankarada Türk Tarix Qurumu (TTQ), Türk İşbirliyiKoordinasiya Agentliyi (TİKA), Türkməneli İşbirliyi və Mədəniyyət Vəqfi və Orta Şərq Strateji Araşdırmalar Mərkəzinin (ORSAM) təşkilatçılığı ilə “Orta Şərq türkmənləri simpoziumukeçirilib. Tədbirdə İraq, Suriya, Livan və Fələstin türkmənlərinin siyasi, sosial, mədəni və iqtisadi durumu müzakirə olunub.

TTQ-nin rəhbəri Mehmet Metin Hülagü türklərin tarixdə mədəniyyət quran bir millət olaraq meydana çıxdıqları və bu mədəniyyəti dünyanın üç qitəsinə yaydıqlarını vurğulayıb: “Türklər vaxtilə hakimiyyətləri altına aldıqları ərazilərdə də bir mədəniyyət irsi qoyub gediblər. Bu gün Hindistanda 15 milyon, Pakistanda 5 milyona qədər türk yaşayır. Türk mədəniyyəti öz varlığını Orta Şərqdə, Suriyada, İraqda, Livanda davam etdirir. Türk Tarix Qurumu Türkiyə xaricində yaşayan türklərin də tarixini, mədəniyyətini araşdırır və yayır”.

ORSAM-ın rəhbəri Şaban Kardaş, Bartın Qazeteçilər Dərnəyinin rəhbəri Güngör Yavuzaslan da Orta Şərq türkmənləri ilə bağlı problemlərdən söz açıblar.

Tədbirdə Türkiyə Prezidenti Abdulla Gülün müraciəti oxunub. SimpoziumdaOrta Şərqdə türkmən varlığı”, “Suriya türkmənləri dünəndən bu günə”, “Fələstin türkmənlərinin əsas durumukimi mövzular müzakirə olunub.

 

Mehparə

 

Mədəniyyət.- 2014.- 9 may.- S. 11.