Bir səbət tənhalıqDənizli festivalında

 

Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi Türkiyənin Dənizli şəhərində keçirilən beynəlxalq festivalda iştirak edib. Bu il 30-cu dəfə gerçəkləşən festivalda ötən müddətdə 600 səhnə əsəri nümayiş olunub.

Yubiley festivalında Gənc Tamaşaçılar Teatrı dramaturq-aktyor Məcid Vahidzadənin eyniadlı əsəri əsasında hazırlanmışBir səbət tənhalıqtamaşası ilə təmsil olunub. Fiziki qüsurlu gənc qız bəxtsiz cavandan bəhs edən tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nofəl Vəliyev, səhnə tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır.

Səhnə əsəri festivalın mükafatına layiq görülüb. Budəfəki festivalda 18 teatr kollektivi ümumilikdə 29 tamaşa ilə çıxış edib.

 

Mədəniyyət.- 2014. -21 may.- S. 5.