İnnovasiyalı tədris metodlarına həsr olunmuş konfrans-təqdimat

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) məktəb-studiya bazası əsasında işlənilmiş gənc musiqiçilərin innovasiyalı tədris metodlarına həsr olunmuş konfrans-təqdimat keçirilib. Akademiyanın prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə konfransda çıxış edərək Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunmuş, böyüməkdə olan nəslin tərbiyəsi və musiqi-ifaçılıq hazırlığı məsələlərinin geniş aktual spektrlərini işıqlandıran “Tərlan Seyidov: məqalələr, resenziyalar, müsahibələr, materiallar” adlı monoqrafiyanın əhəmiyyətindən söz açıb.

Konfransda yeni nəşrlərlə yanaşı, Fərhad Bədəlbəyli və Tərlan SeyidovunÜzeyir Hacıbəylinin elmi sistemi əsasında milli lad təfəkkürünün inkişafı” proqramı, İmina Əliyevanın “Azərbaycan musiqisi əsasında lad-intonasiya eşitmə hazırlığı üzrə praktik vəsait”, “Azərbaycan ladlarının öyrənilməsinə dair müntəxəbat” (tərtibçilər - Tərlan Seyidov, Aytən İbrahimova, Emil Xindristanski) və Əməkdar müəllim Lalə Dadaşovanın “Solfecio” dərs vəsaiti də təqdim olunub.

 

Mədəniyyət.- 2014. -21 may.- S. 7.