Tatar icması milli bayramını qeyd edib

 

Tuqan telRespublika Tatar Mədəniyyəti CəmiyyətiKarqa botkası” (“Qarğa sıyığı”) adlı qədim bahar bayramına həsr olunmuş tədbir keçirib. Bayram şənliyi Quba rayonundakıAsma körpüistirahət zonasında təşkil edilib.Tuqan tel cəmiyyətinin sədri Gülcan Myasautova bildirib ki, “Karqa botkası” ilk dəfə Azərbaycanda qeyd olunur: “Bu bayramın təkcə tatarlara məxsus olmadığını nəzərə alaraq, gələn ildən onu ümumtürk bayramı kimi qeyd etmək qərara alınıb”. O, göstərilən dəstəyə görə Prezident Administrasiyasına Quba Rayon İcra Hakimiyyətinə minnətdarlıq edərək deyib ki, tədbir Avropa İttifaqının “CAUCULT” proqramının (Qafqaz Mədəni Təşəbbüslər Şəbəkəsi - red.) köməyi ilə keçirilir.

Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəsi Alfred Zakirov bildirib ki, “Karqa botkasıunudulmuş bahar bayramıdır. Onun dirçəldilməsi milli ənənələrin dirçəldilməsinə, xalqların yaxınlaşmasına xidmət edir.

Bayram şənliyi Azərbaycan və tatar mahnı və rəqslərinin ifa edilməsi ilə müşayiət olunub. Yaşlılar ocaqda sıyıq bişirib tədbir iştirakçılarını qonaq ediblər. Onların sözlərinə görə, sıyığın bir hissəsi mütləq quşlara saxlanılmalıdır. Uşaqlar müxtəlif oyunlar oynayıb, rəqs və mahnılar ifa ediblər.

 

Mədəniyyət.- 2014.- 21 may.- S. 12.