“Ucundadır dilimin həqiqətin əzəmi...”

 

Şirvan şəhər Mərkəzi kitabxanasında görkəmli alim, həkim, rəssam, şair, jurnalist Əli bəy Hüseynzadənin 150 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə kitabxananın direktoru İltifat Nəbiyev, direktor müavini Vəzufə Xudiyeva, oxu zalının müdiri Mehriban Novruzova Əli bəy Hüseynzadənin həyatı və çoxşaxəli fəaliyyətindən söz açıblar.

Azərbaycanda istiqlalçılıq və maarifçilik ideyasının təşəkkülü və formalaşmasında böyük mütəfəkkirin əvəzsiz xidmətindən danışan Əli bəy Hüseynzadənin yaxın qohumu Böyükağa Süleymanov onunla bağlı kövrək xatirələrini dilə gətirib, bu şəcərənin amansız repressiyalara məruz qalmasını ürək ağrısı ilə qeyd edib. Vurğulanıb ki, türk xalqlarına və islam dəyərlərinə edilən basqılara qarşı həmişə öz haqq səsini ucaldan Əli bəy Hüseynzadənin milli mücadilə tariximizdə misilsiz xidmətləri var. O, Azərbaycan ədəbi-elmi fikir tarixində Mirzə Fətəlidən sonra yeni bir mərhələnin başlanğıcını qoyub. Mütəfəkkirin düşüncələri, sağlığında olduğu kimi, bu gün də aktualdır.

Sonda 14 saylı orta məktəbin şagirdlərinin hazırladığı “Ucundadır dilimin həqiqətin əzəmi...” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.

 

Mədəniyyət.- 2014.- 21 may.- S. 13.