Taxtakörpüdə
kitab bayramı
Laçın rayonundan məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş kitab bayramı keçirilib. Tədbirdə çıxış edənlər bilik mənbəyi olan kitabın əhəmiyyətindən, insanın mənəvi aləminə müsbət təsirindən söz açıblar. Ölkəmizdə kitabxana sahəsinin inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğı yüksək qiymətləndirilib.
Kitab bayramında məktəblilər
ümummilli lider Heydər
Əliyevə, Vətənə həsr olunmuş
şeirlər söyləyiblər, rəngarəng musiqi nömrələri tədbir
iştirakçılarında yüksək əhval-ruhiyyə
yaradıb. Sonda Laçın rayon MKS-nin əməkdaşına
Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı, ən fəal
oxuculara rayon Mədəniyyət
və Turizm Şöbəsinin fəxri fərman
və hədiyyələri təqdim olunub.
Mədəniyyət.- 2014.- 28 may.-
S. 10.