Sovet rejiminiİstintaq”a çəkən aktyor

 

O, Azərbaycanda daha çoxİstintaqfilmində yaratdığı müstəntiq Seyfi Qəniyev obrazı ilə məşhurlaşıb. Bu film əslində sovet rejimininİstintaq”a çəkilməsi idi. Film həm aktyora SSRİ Dövlət mükafatı qazandırıb.

 

Bundan əlavə, “Azərbaycanfilm”də lentə alınanBağlı qapı”da Daşdəmirov, “Park”da Gena, “Özgə ömür”də Fariz Rzayev kimi maraqlı obrazlar yaradıb. Söhbət Rusiyanın Xalq artisti Aleksandr Kalyagindən gedir.

O, 1942-ci il mayın 25-də Kirov vilayətinin Malmıj şəhərində dünyaya gəlib. Atası Aleksandr Kalyagin tarix fakültəsinin dekanı, anası Yulya Zaydeman fransız dili müəlliməsi olub. Anadan olandan bir il sonra atası rəhmətə gedir, anası onu tək böyütməli olur. Aleksandr uşaqlıqda skripka çalmaqla məşğul olsa da, sonradan teatra marağı daha da artır. Hətta 13 yaşında məşhur sənətkar Arkadi Raykinə məktub yazaraq aktyor olmaq istədiyini bildirir. Arkadi Raykin onun qrammatik səhvlərlə dolu olan məktubunu cavabsız qoymayıb, sənətdə əsas məsələnin istedad zəhmət olduğunu bildirərək bu yolda ona uğurlar arzulayıb. Həmin cavab məktubunu Aleksandr Kalyagin illər sonra, 1978-ci ildə Arkadi Raykin birgə iştirak etdiyiTeatr görüşləriteleviziya verilişində oxuyacaqdı...

Lakin anası Aleksandrın aktyor olmaq arzusu ilə razılaşmır o, tibb məktəbinə qəbul olur. 1959-cu ildə tibb məktəbini bitirir Təcili yardımxidmətində feldşer işləyir.

İki il işlədikdən sonra keçmiş arzusunu reallaşdırmaq qərarına gəlir. Şukin adına Teatr Məktəbinə daxil olur. Burada Tatyana Korunova ilə tanış olur tezliklə onlar ailə həyatı qururlar. Teatr məktəbini bitirən xoşbəxt cütlükTaqanka Teatrı”nda işə düzəlirlər. Bir müddət birgə işləyəndən sonra Tatyana analıq məzuniyyətinə çıxır, Aleksandr Kalyaginin isə teatrın rejissoru Yuri Lyubimovla mübahisələri düşür. Nəticədə o, Yermoloyeva adına Teatra gedir. Tezliklə cütlüyün Ksenya adında qızları dünyaya gəlir. Ksyuşanın dörd yaşı olanda həyat yoldaşı, bir il sonra isə anası rəhmətə gedir. O, hər gün səhər qızını bağçaya aparır, işdən sonra gəzintiyə çıxarır, bir sözlə, onu tək böyüdür.

Aleksandr Kalyagin 1971-ci ildən A.Çexov adına Moskva Bədaye Teatrında işləməyə başlayır. Burada 25 ildən artıq çalışır, demək olar ki, ən gözəl rollarını bu teatrda yaradır.

Aktyorun kinoda debütü isə 1967-ci ildəNikolay Bauman” filmində epizodik rolla başlayır. 1974-cü ildəYadlar içində doğma, doğmalar içində yad”, 1976-cı ildəMəhəbbətin qulufilminə “Salam, mən sizin xalanızam!” kinokomediyasına çəkilir. Onu geniş tamaşaçı kütləsinə tanıdan da bu komediya olur. İstedadlı aktyor 1979-cu ildə isəAzərbaycanfilmkinostudiyasında Rasim Ocaqovunİstintaqfilmində Seyfi Qəniyev roluna çəkilir Azərbaycan tamaşaçılarının da rəğbətini qazanır.

Bir dəfə film çəkilişlərində o, Yevgeniya Qluşenko ilə tanış olur. Qızının da razılığı ilə aktyor onunla ailə qurur. Denis adında oğulları dünyaya gəlir. 1977-ci ildə Aleksandr KalyaginMexaniki pianino üçün yarımçıq pyesfilmində Platonov roluna görəİlin ən yaxşı aktyoruadını alır.

1985-ci ildə isəMənim rəfiqəmfilmində rejissor kimi özünü sınayır. Rejissor kimi digər işi isə 1994-cü ildə lentə alınanProxindiada 2” kinokomediyası olur. Həmçinin teatrda da tamaşalara quruluş verir. 1993-cü ildə isə özünün “Et Cetera” teatrını yaradır.

Bir çox mükafatlara ordenlərə layiq görülən 72 yaşlı aktyorun həyatı çox gərgindir. O, həmişəki kimi başındadır - Rusiya Teatr Xadimləri ittifaqının sədri, “Et Cetera” teatrının bədii rəhbəridir. Şəxsi həyatından danışmağı çox xoşlamır. 30 ilə yaxın birgə yaşadığı həyat yoldaşı ilə 2008-ci ildə ayrılıblar. ABŞ-da ailə quran qızı Ksyuşa kompyuter proqramçısı işləyir. Oğlu Denis Amerikada yaşayır, jurnalistdir.

 

Səbinə Əlibalaqızı

 

Mədəniyyət.- 2014.- 30 may.- S. 11.