AğdaşOğuzda yubiley tədbirləri

 

Mayın 23-də Ağdaş rayon Mərkəzi kitabxanasının oxu zalında Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı şəhər kitabxanasının təşkilatçılığı ilə Xalq yazıçısı, Dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas Əfəndiyevin 100 illik yubileyi münasibətilə tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə yazıçının əsərləri, haqqında yazılmış kitablar, qəzet və jurnal məqalələri, digər nəşrlər və fotoşəkillərdən ibarət sərgi ilə tanış oldular.

MKS-nin direktoru Seyfəddin Feyzullayev ədibin zəngin yaradıcılığından söz açdı, onun həm nəsr, həm də dram əsərləri ilə böyük oxucu rəğbətini, xalqın məhəbbətini qazandığını vurğuladı. Kitabxananın müdiri Ofeliya Qədirova yazıçının romanlarından bəhs etdi. 3 saylı şəhər kitabxanasının işçisi Afət Hüseynova yubilyarın həyat və yaradıcılığı haqqında danışdı. Oxucular İlyas Əfəndiyevə həsr olunmuş şeirlərdən nümunələr söylədilər.

Tədbirdə rayon İcra Hakimiyyətinin məsul işçisi Əzəndə Zamanova iştirak edirdi.

 

Sevgili İbrahimova,

Ağdaş rayon MKS-nin direktor müavini

 

* * *

Oğuz rayon Mərkəzi kitabxanasında da XX əsr Azərbaycan ədəbiyyatının nəsr ustası, böyük dramaturq İlyas Əfəndiyevin 100 illik yubileyi münasibətiləSənətlə sehirlənmiş ədibbaşlıqlı kitab bayramı keçirildi. Rayon İcra Hakimiyyətinin, ziyalıların, mədəniyyət işçilərinin, 1 2 saylı məktəbin müəllim şagird kollektivinin iştirak etdiyi tədbirdə kitab sərgiləri uşaq yaradıcılıq mərkəzi şagirdlərinin əl işləri maraqla qarşılandı.

Bayram tədbirində Mədəniyyət Turizm Şöbəsinin baxış-müsabiqəsinin qalibləri Mədəniyyət evinin müğənniləri çıxış etdilər, İlyas Əfəndiyevin əsərlərindən parçalar təqdim olundu. Sonda fəal kitabxanaçılar şöbə tərəfindən mükafatlandırıldı.

 

M.Bəkirova,

informasiya resurs şöbəsinin müdiri

 

Mədəniyyət.- 2014.- 30 may.- S. 5.