Lənkəran Dram Teatrında uşaqlar üçün yeni tamaşa

 

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yazıçı-jurnalist Ağaddin BabayevinÜç qardaşnağıl-tamaşasının premyerası olub. TamaşaMəlikməmmədAzərbaycan xalq nağılının motivləri əsasında hazırlanıb. Müəllif yaradıcı heyət nağılda cərəyan edən hadisələrə yeni don geydirməklə Padşahın oğlanlarının üçünü müsbət obraz kimi qələmə veriblər. Tamaşanın sonunda uzun, təhlükəli, çətin sınaqlardan keçən Məlikməmməd yenidən ailəsinə, qardaşlarına, sevdiyi qıza qovuşur. Oğlanlarının şücaətindən, igidliyindən qürur hissi keçirən Padşah isə onlara bir-birinə həyan olmağı, dar gündə köməyə çatmağı nəsihət edir.

Maraqla baxılan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Təvəkkül Əliyev, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları Miraslan Ağayev, Zemfira Nəcəfova, Hikmət Cəfərov, Emin Fərzullayev, Sayad Əliyev, Tərlan Abdullayev, Əli Nurullazadə, Gülər Kərimova başqaları oynayırlar.

Üç qardaşAğaddin Babayevin Lənkəran teatrında tamaşaya qoyulmuş üçüncü səhnə əsəridir.

 

Mədəniyyət.- 2014.- 5 noyabr.- S. 13.