Dildə, fikirdə, əməldə birlik

 

Türkiyənin Bartın şəhərində “İsmayıl Qaspralı ili” çərçivəsində tədbirlər keçirildi

 

Bu il türk dünyasının böyük düşüncə sahiblərindən biri, maarifçi, naşir İsmayıl Qaspralının (1851-1914) vəfatının 100 ili tamam olur. Türkiyənin təklifi əsasında 2014-cü il UNESCO tərəfindən “İsmayıl Qaspralı ilielan olunub. Bununla bağlı müxtəlif tədbirlər keçirilir.

 

Türkiyədə “İsmayıl Qaspralı ilinin əsas tədbirlərindən biri oktyabrın 30-dan noyabrın 1-dək Türkiyənin Qara dəniz bölgəsindəki Bartın şəhərində gerçəkləşdi. UNESCO üzrə Türkiyə Milli Komissiyasının dəstəyi ilə Bartın Valiliyi, Bartın Universiteti, Türkdilli Ölkələrin Beynəlxalq Jurnalistlər Dərnəyi (TÖBJD) tərəfindən təşkil edilən beynəlxalq konfrans və “İsmayıl Qaspralı bəy: qəzetçilik və insan haqları mükafatları”nın təqdimat mərasiminə Azərbaycan, Şimali Kipr, Bolqarıstan, Suriyaİraqdan, eləcə də Qaspralının vətəni Krımdan nümayəndə heyətləri, millət vəkilləri, siyasətçilər, alimlər, yazıçılar, QHT təmsilçiləri, media mənsubları qatılmışdı. Qeyd edək ki, tədbirə dəstək verən qurumlardan biri də Azərbaycan Yazıçılar Birliyi idi.

 

Qaspralının yüz il öncə ortaya qoyduğu düstur bu gün də aktualdır

 

Tədbirin açılışı oktyabrın 30-da Bartın Universitetinin konfrans salonunda keçirildi. Türkdilli Ölkələrin Beynəlxalq Jurnalistlər Dərnəyinin (TÖBJD) rəhbəri, tanınmış jurnalist Güngör Yavuzaslan qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışdı. Bildirdi ki, Bartının ev sahibliyi etdiyi tədbirlə Krımda dünyaya gələn, Rusiya imperiyasında türk müsəlman toplumlarının təhsil, mədəniyyət islahatı müasirləşmə mücadiləsinə töhfələr verən böyük ziyalı İsmayıl Qaspralı bir daha xatırlanacaq.

Bartın Universitetinin rektoru, professor Ramazan Kaplan belə layihələrin əhəmiyyətini vurğuladı: “Bu qəbildən tədbirlər qədər çox keçirilsə, bir o qədər faydalıdır. 2008-ci ildə qurulan universitetimiz bu günə qədər mədəniyyət incəsənət sahəsində 200-dən çox tədbir düzənləyib. İsmayıl Qaspralı ilə bağlı keçirdiyimiz bu tədbir həddindən artıq önəmlidir. Bizlərin üzərinə düşən isə bu ideal insanların qənaətlərini, düşüncələrini çox daha irəli hədəflərə aparmaq ölkəmizi dünya millətləri arasında ləyaqətlə təmsil edilən nöqtəyə gətirməkdir”.

Bartın valisi Seyfəddin Azizoğlu çıxışında İsmayıl Qaspralının yüz il öncə ortaya qoyduğuDildə, fikirdə, əməldə birlikdüsturunun bu gün bütün türk dünyası üçün aktual olduğunu bildirdi: “Bütün dünyanın, millətlərin, fikirlərin, ideologiyaların, dillərin bir araya gəldiyi halda bizim ayrı qalmağımız yolverilməzdir”.

Mətbuat Elan Təşkilatının baş direktoru Mehmet Atalay türk dünyasının birlik bərabərliyi üçün medianın üzərinə böyük məsuliyyət düşdüyünü, zaman-zaman dəyərlərimizə dəyər qatan şəxsiyyətlərin xatirəsini yaşadıb gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğuladı: “Türkdilli Ölkələrin Beynəlxalq Jurnalistlər Dərnəyinin Bartın Universitetinin işbirliyi ilə İsmayıl Qaspıralıya həsr olunmuş bu konfrans da bu birliyin, həmrəyliyin gözəl nümunəsidir”.

Çıxışlardan sonra Dünya Köçəri Oyunlarının rəhbəri Askat Akibayev səhnəyə çıxaraq Bartın Universitetinin rektoru Ramazan Kaplana Qırğızıstanın rəsmi geyimi olan çepken təqdim etdi.

Tədbirin ikinci hissəsi sessiyalarla davam etdi. Rektor Ramazan Kaplanın sədrliyi ilə keçirilənİsmayıl Qaspralının həyat fəaliyyətiadlı sessiyada Türkiyə Ali Təhsil Qurumunun təmsilçisi İlyas Doğan, Maltepe Universitetinin dekanı Ersin Nazif Gündoğan, yazıçı Mehmet Kamil Berse digər çıxış edənlər Qaspralının fəaliyyətinə ən müxtəlif tərəflərdən yanaşdılar.

KonfransdaQaspralı Anadolu”, “Dildə, fikirdə, işdə birlik”, “Türk dünyası Qaspralıadlı sessiyalar keçirildi. Sessiyalardan biriTürk dünyası - yeni media” mövzusunda idi. Bu sessiyada müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan tədbirə qatılan media təmsilçiləri fikirlərini bölüşdülər.

Konfrans oktyabrın 31-də sessiyalarla işini davam etdirdi. Tədbirin sonunda Azərbaycandan millət vəkili Qənirə Paşayeva çıxış etdi. O, türk dövlət toplumlarından gəlmiş ziyalılara ictimai-siyasi xadimlərə səslənərəkbugünkü gələcək nəsillərə birlik bərabərliyimizin qədər vacib, önəmli olduğunu daha çox anlatmalıyıqdeyə sözə başladı: “Bunun üçün isə ilk növbədə biz bir-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmişimizi bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq”. Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili bildirdi ki, güc birlikdədir birlikdə bizə qarşı ədalətsizliklərə daha güclü mübarizə apara bilərik. Azərbaycanın ümummilli lideri Heydər ƏliyevinAzərbaycan Türkiyə bir millət, iki dövlətdirdüşüncəsini xüsusi vurğulayan Qənirə Paşayeva bildirdi ki, bu gün iki ölkə arasında münasibətlər dünyada analoqu olmayan münasibətlərdir bu dostluq dövlətlərimizi gücləndirir: “Bu isə bir örnəkdir”.

Çıxışlardan sonra konfransa yekun vuruldu. Bildirildi ki, tədbirdə səslənən fikirlər sadəcə burda qalmamalı daha da mükəmməlləşməli, genişlənməlidir.

 

İsmayıl Qaspralı mükafatlarının təqdimatı

 

Tədbirin sonuncu günü, noyabrın 1-də Bartın Mədəniyyət Mərkəzindəİsmayıl Qaspralı bəy: qəzetçilik insan haqları mükafatları”nın təqdimat mərasimi gerçəkləşdi. Müxtəlif nominasiyalarda İsmayıl Qaspralı mükafatları təqdim olundu.

İnsan haqları özəl şərəf mükafatıŞimali Kipr Türk Cümhuriyyətinin prezidenti Dərviş Eroğluna təqdim olundu. Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva, Krım türklərinin lideri Mustafa Əbdülcəmil Krımoğlu, Krım Tatar Milli Məclisi başqanı Refat Çubarov, İraq Türkmən Cəbhəsi lideri Kərkük millət vəkili Erşat Salihi, Suriya Türkmən Məclisi başqanı Əbdürrəhman Mustafa “İnsan haqları mükafatı”na layiq görüldü.

Mərasimə tanınmış modelyer Gülnarə Xəlilovanın hazırladığı göy-mavi rəngli Azərbaycan milli geyimi ilə qatılan millət vəkili Qənirə PaşayevaDildə, fikirdə, işdə birlikdeyərək bu gün bütün türk dünyasını birlik bərabərliyə səsləyən İsmayıl bəy Qaspralı mükafatını aldığı üçün çox duyğulandığını bu mükafatın onun üçün çox böyük mənəvi önəm daşıdığını vurğuladı.

Tədbirin təşkilatçılarından tanınmış jurnalist yazar Güngör Yavuzarslana isə tanınmış modelyer Gülnarə Xəlilova tərəfindən hazırlanmış Azərbaycan kişi milli geyimi hədiyyə olundu. Tədbirdə türk dünyasının bir sıra media qurumları, o cümlədən Azərbaycan Televiziyası, Azərbaycan Yazıçılar Birliyi İsmayıl bəy Qaspralı adına mətbuat mükafatı ilə təltif olundu. Azərbaycan Yazıçılar Birliyinin mükafatı qurumun mətbuat katibi, şair Xəyal Rzaya təqdim edildi. O, mükafata görə minnətdarlığını bildirdi belə tədbirlərin türk dünyasının daha sıx şəkildə bir araya gəlməsinə səbəb olduğunu dedi.

Bundan başqa, hazırda Çində həbsdə olan uyğur jurnalisti İlham Tohtinin media mükafatına layiq görüldüyü bildirildi.

Mərasim bir sıra maraqlı məqamlarla da yadda qaldı. Məsələn, Dünya Köçəri Oyunları ilə bağlı filmin nümayişi zalda böyük marağa səbəb oldu. Şimali Türküstandan gələn 7 yaşlı Mücahit Kaşqarlının türkçülük haqqında böyük məharətlə şeir söyləməsi hər kəsi heyrətə gətirmişdi. Bir sözlə, Qara dəniz şəhəri olan Bartında türk dünyasının böyük liderlərindən olan İsmayıl Qaspralıya həsr olunmuş beynəlxalq tədbir bütün iştirakçılarda zəngin təəssürat yaratdı.

 

Mehparə

Bakı-Bartın-Bakı

 

Mədəniyyət.- 2014.- 5 noyabr.- S. 10.