Azərbaycanın turizm imkanları London sərgisində

 

Noyabrın 3-də Londonda Dünya səyahət bazarı-2014 (WTM-2014") ənənəvi beynəlxalq turizm sərgisi açılıb. Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin turizm imkanları da London sərgisində nümayiş olunur.

 

Azərbaycan nümayəndə heyətinin tərkibinə Mədəniyyət Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva, Turizm şöbəsinin Turizm sənayesi ilə sektorunun baş məsləhətçisi Bəxtiyar Qılıncov, Regionlarda turizmin inkişafı sektorunun aparıcı məsləhətçisi Aysel Əliməmmədova Azərbaycan Turizm Assosiasiyasının icraçı direktoru Aytən Əliyeva daxildir. Sərgidə həmçinin 14 yerli turizm şirkəti (Geo travel", "SW travel", "ENC tours", "The tour", "Turizm.az", "AL travel", "İmprotex travel", "ATA travel", "STİ travel", "Regea travel", "Proxy travel", "Gilan tourism", "Büllur travel", "Millennium Tourism and Congress"), 2 mehmanxana ("Pik Palace", "Jumeirah Bilgah Beach") "Azərbaycan Hava Yolları" (AZAL) təmsil olunur.

Mədəniyyət Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın məlumatına görə, sərgi mərkəzində icarəyə götürülmüş 105 kvadratmetrlik sahədə Azərbaycan stendi quraşdırılıb, ziyarətçilərə ölkəmizin mədəniyyəti turizm imkanları haqqında ətraflı məlumat verilir. Stend ziyarətçi iştirakçılara paylanması üçün ingilis dilində müxtəlif növ reklam-çap məhsulları ilə təmin edilib. Azərbaycan guşəsində 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı xüsusi məlumat lövhəsi qurulub, qonaqlara tədbirə hazırlıqla bağlı informasiya təqdim edilir.

Sərginin açılış günü Azərbaycanın Böyük Britaniya Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Tahir Tağızadə stendimizə baş çəkib, turizm təmsilçilərimizlə söhbət edib, onlara uğurlar arzulayıb.

Qeyd edək ki, üzdəniraq qonşularımız işğalçı xislətlərinə sadiq qalaraq London sərgisində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin turizm imkanları ilə bağlı ayrıca guşə yaratmağa cəhd etsələr , buna nail ola bilməyiblər. Yalnız Ermənistan stendində "Karabakh" adlı bir şirkətin lövhəsi qoyulub. Tahir Tağızadə bu məsələyə toxunaraq Mədəniyyət Turizm Nazirliyinin Londondakı səfirliyin müvafiq addımlar atdığını deyib. Səfir bu məsələnin sərginin sonunadək xüsusi diqqətdə saxlanılacağını bildirib.

Xatırladaq ki, 2002-ci ildən başlayaraq Mədəniyyət Turizm Nazirliyi turizm şirkətlərimiz artıq 12-ci dəfə London sərgisində iştirak edir. Ötən il tədbirdə ümumilikdə 192 ölkə təmsil olunub. Sərgi noyabrın 6-dək davam edəcək.

 

Mədəniyyət.- 2014.- 5 noyabr.- S. 9.