Avropanın mədəni marşrutları üzrə məşvərət forumu başa çatdı

 

Bakı Bəyannaməsində mədəni marşrutların sülh, iqtisadiyyat və mədəni turizmin inkişafında rolundan bəhs edilir

 

Oktyabrın 31-də JW Marriott Abşeron Baku hotelində Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçirilən 2014-cü il üçün Mədəni Marşrutlar üzrə Məşvərət Forumunun ikinci günü əvvəlcə mədəni marşrutlar üzrə nümayəndələrin qapalı görüşü oldu.

 

Sonra paralel sessiya iclasları keçirildi. Avropa Şurasının mədəni marşrutları boyunca müharibə sülh mövzulu seminarda münaqişəli ərazilərdə mədəni turizm marşrutlarının yaradılması məsələləri müzakirə edildi. Seminara moderatorluq edən Avropa Məsuliyyətli Turizm Qonaqpərvərlik Alyansının (EARTH) prezidenti Maurisio Davolio bildirdi ki, müasir Avropada sərhədlər demək olar ki, formalaşıb. Lakin münaqişə sülh arasında tarazlıq hələ kövrəkdir bəzən kiçik mübahisə böyük münaqişəyə səbəb olur: Turizm müxtəlif ölkələri təmsil edən insanlar arasında münasibətləri formalaşdırır. İnsanlar səfərlər zamanı bir-birinin tarixi, mədəniyyəti, adət-ənənələri ilə tanış olurlar. Amma turist səfərləri ilə hər zaman sülhə nail olmaq mümkün deyil. Ona görə münaqişə sülh arasındakı tarazlıq insan hüquqları, mədəni müxtəliflik, demokratiya təhsilin təbliğatı kimi mövzularda möhkəm kök salmalıdır.

Sessiyada müxtəlif ölkələri təmsil edən nümayəndələrin Konflikt postkonflikt ərazilərdə mədəni marşrut çağırışları, Hazırkı Avropada döyüş müharibələrin rolunun yenidən qəbul edilməsi: Napoleon şəhərləri, Termal şəhərlər - sülh şəhərlərindən müharibə şəhərlərinə doğru əksinə mövzularında məruzələri dinlənildi.

 

Münaqişəli ərazilərə turist səfərləri ciddi təhlükəsizlik məsələsidir

 

Mədəniyyət Turizm Nazirliyinin şöbə müdiri Vasif Eyvazzadənin Mədəni turizm mədəni irsin mədəniyyətin təbliği vasitəsilə sülh təhlükəsizliyi necə qura bilər mövzusunda çıxışı da iştirakçılar tərəfindən maraqla qarşılandı. Müasir dünyada mədəniyyət turizmin birlikdə həm mədəniyyətlərarası dialoqa, həm sülh təhlükəsizliyə töhfə verdiyini deyən məruzəçi bildirdi ki, səyahət edən şəxslərin təhlükəsizlik məsələsi böyük önəm kəsb edir: Bunu xüsusilə münaqişə başlayan mədəni marşrutların həyata keçirildiyi ərazilərdə həyata keçirmək vacibdir. Bu məsələdə ölkələr, özəl təşkilatlar beynəlxalq qurumlar məsuliyyət daşıyırlar. Onlar münaqişəli ərazilərə turist səfərləri barədə aparılan təbliğatın qarşısını almaq üçün birgə səyləri gücləndirməlidirlər. Bunun üçün beynəlxalq qurumlar tərəfindən xüsusi sənəd qəbul olunmalıdır bu sənədlər milli qanunlar əsasında icra olunmalıdır.

Şöbə müdiri iştirakçıların Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərin təşkili bu ərazilərdə mədəni marşrutların həyata keçirilməsi barədə sualına cavab olaraq bildirib ki, Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bundan sonra sülh, əməkdaşlıq dialoqdan söhbət gedə bilər. Münaqişə həll olunduğu təqdirdə tarix boyu bu coğrafiyada mövcud olan mədəni marşrutların həyata keçirilmə imkanlarına baxıla bilər.

Forumun ikinci günü həmçinin Turizm sosial birlik dialoqun aparıcı qüvvəsi kimi, Mədəni marşrutlar mədəniyyətlərarası dialoqun istiqamətləri kimi - keçmiş, indi gələcək, Sosial birlik iqtisadiyyatı - davamlı iqtisadi inkişaf naminə mədəni marşrutlar mövzularında panel iclasları keçirildi, müzakirələr aparıldı.

 

Mədəni marşrutların mədəniyyətlərarası əməkdaşlığa dialoqa töhfəsi

 

Panel iclaslarından sonra foruma yekun vuruldu. Bağlanış mərasimində çıxış edən mədəniyyət turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycanın coğrafi mövqeyinin bir çox regional beynəlxalq turizm marşrutlarında iştirak etməyə imkan verdiyini diqqətə çatdırdı, bu baxımdan Avropa Şurasının Mədəni Marşrutlar üzrə Məşvərət Forumunu yüksək qiymətləndirdi: İki gün ərzində olduqca maraqlı mövzular müzakirə edildi, mədəni marşrutların həyatımızda rolu, Avropa dünyanın digər regionları arasında əlaqələrin inkişaf etdirilməsinə, mədəniyyətlərarası əməkdaşlığa dialoqa töhfəsi, turizm sosial rifaha təsiri, tarixi yaddaşımızın qorunması keçmişlə bu gün arasında irs vasitəsilə bir körpünün qurulması istiqamətində peşəkarlar tərəfindən fikir mübadiləsi aparıldı. Biz çox şadıq ki, bu tədbir Azərbaycan Respublikasının Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində məhz Bakıda keçirildi. Çünki Azərbaycan onun paytaxtı tarix boyu müxtəlif sivilizasiyaların, dünyanın bir sıra ticarət mədəni yollarının kəsişmə mərkəzi olub. Tarixi İpək Yolu Avropa ilə Asiyanı Azərbaycan vasitəsilə birləşdirib. Ona görə mədəni marşrutlar mövzusu tək Avropa Şurasının deyil, BMT sisteminə daxil olan Dünya Turizm Təşkilatı UNESCO-nun da diqqət dairəsinə daxildir. Ölkəmiz beynəlxalq qurumlarla bu sahədə səmərəli əməkdaşlıq edir.

Nazir müavini qeyd etdi ki, Azərbaycan tədbirdə müzakirə edilən bir sıra mədəni marşrutlara qoşulmaq, həmin layihələr vasitəsilə mədəniyyət turizm inteqrasiyasında fəal iştirak etmək niyyətindədir: Hesab edirəm ki, bu tədbir bir sıra vacib məqamları ilə bizi gələcəkdə daha genişmiqyaslı layihələrin hazırlanmasına doğru aparacaq.

Sonda forumun Bakı Bəyannaməsi qəbul olundu. Sənəddə mədəni marşrutların sosial rifah, sülh, iqtisadiyyat, mədəni turizmin inkişafında rolu qeyd edilir. Bəyannamədə həmçinin mədəni marşrutlar mövzusunun Dünya Turizm Təşkilatı UNESCO-nun birgə təşkilatçılığı ilə gələn ilin fevralında Kambocada keçiriləcək Mədəniyyət Nazirləri Konfransına may ayında Bakıda gerçəkləşəcək III Dünya Mədəniyyətlərarası Dialoq Forumunun gündəliyinə daxil edilməsi təklif olunub.

Avropa Şurasının Mədəni Marşrutlar üzrə Məşvərət Forumunun növbəti illik toplantısının 2015-ci ildə İspaniyanın Aranjuez şəhərində keçirilməsi qərara alındı.

 

Mədəniyyət.- 2014.- 5 noyabr.- S. 6.