Filmmusiqi mövzusunda təqdimat

 

Oktyabrın 31-də Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Böyük Britaniyanın “De Wolfe Production Music Library” şirkətinin eksklüziv musiqi agenti Oleq Onopriyenko təqdimatla çıxış etdi. “Azərbaycanfilm” tərəfindən təşkil olunan təqdimatın məqsədi azərbaycanlı kino mütəxəssislərini şirkətin xidmətləri ilə yaxından tanış etmək idi. Görüşdə yerli kino mütəxəssisləri Oleq Onopriyenko ilə fikir mübadiləsi apararaq filmmusiqi mövzusunda mülahizələrini bölüşdülər.

Həmçinin 100 ildən artıq fəaliyyət göstərən “De Wolfe Music” şirkətinin kino istehsalı üçün təqdim etdiyi musiqi xidmətləri müzakirə olundu. Qonaq bildirdi ki, dünyada ən uzunömürlü və ən geniş müstəqil musiqi resursu olan şirkət 80 mindən çox treki özündə toplayan yüksək keyfiyyətli çoxşaxəli musiqi kitabxanasına malikdir.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 5 noyabr.- S. 5.