Xarici jurnalistlər üçün turizm təqdimatı

 

1-2 noyabr tarixində «Baku World Challenge 2014» avtoyarışı ilə əlaqədar Azərbaycana gəlmiş xarici jurnalistlər üçün Mədəniyyət Turizm Nazirliyinin Regionlarda turizmin inkişafı sektorunun baş məsləhətçisi Leyla Verdiyeva tərəfindən təqdimat keçirilib. Təqdimatda ABŞ, Kanada, İspaniya, Fransa, Avstraliya, Braziliya, Almaniyas. ölkələrdən 40-dan çox jurnalist iştirak edib. Tədbirdə ABŞ-ın «Travel Weekly», «Luxury Travel Advisor», «National Geographic Traveler», «USA Today», «Forbes Life», Kanadanın «Canoe Voyages», Avstraliyanın «Sky Business News Business Class» s. nüfuzlu mediaları təmsil olunub. Təqdimatdan sonra jurnalistlər tərəfindən Azərbaycan turizminin inkişafı, infrastruktur, Bakı I Avropa Oyunları s. mövzularda suallar cavablandırılıb.

 

Mədəniyyət.- 2014.- 5 noyabr.- S. 4.