“Belə böyük tədbirlər ölkənizdə mədəniyyətə diqqətin nəticəsidir”

 

Teatr konfranslarında iştirak etdikcə yeni-yeni təcrübələr öyrənir, fikir mübadiləsi aparırıq”

 

Noyabrın 5-də Bakıda işə başlayan III Beynəlxalq Teatr Konfransında müxtəlif ölkələrdən tanınmış teatr mütəxəssisləri, beynəlxalq teatr təşkilatlarının təmsilçiləri iştirak edirlər. Onlardan bir neçəsi ilk təəssüratlarını bizimlə paylaşdılar.

 

Teatr rəssamı İosif Yusupov (ABŞ):

 

- Bu konfransda iştirak etməklə müxtəlif ölkələrdən Bakıya gələn həmkarlarımla görüşmək və bir daha sizin gözəl Bakı şəhərini görmək istəyirəm. Artıq mən çoxları ilə tanış olmuşam və hətta bir-birimizlə fikirlərimizi paylaşıb, təcrübə mübadiləsi aparmışıq. Həmkarlarımı sonuncu dəfə iki il əvvəl Bakıda keçirilən II Beynəlxalq Teatr Konfransında görmüşəm. İstərdim ki, onlarla yenidən görüşüm və teatrın problemləri ilə bağlı diskussiya aparım.

Konfrans müddətində burada ustad dərsləri aparacağam. Teatrla bağlı hər kəsi bu görüşə dəvət edirəm. Bu gün teatr aləmində yeniliklər tətbiq olunur. Bütün bunları göstərmək izah etmək istəyirəm. Ən əsası isə ünsiyyətdir. Əlbəttə, dünyanın heç bütün ölkələri belə tədbirlər keçirmir. Mən Azərbaycanı həddindən artıq sevirəm. Deyərdim ki, bu böyük teatr tədbirlərinin keçirilməsi təkcə sizin mədəniyyətinizə deyil, həm digər ölkələrin mədəniyyətinə böyük təsir vasitəsidir. Ona görə ki, bu teatr incəsənətinin daha da irəliyə inkişafı deməkdir. Mən şadam ki, Azərbaycanda belə tədbir keçirilir buna görə sizə bir daha minnətdarlığımı bildirirəm.

 

Litva Musiqi Akademiyasının professoru Deividas Staponkus:

 

- Artıq dördüncü dəfədir Bakıdayam. Bu günə qədər Bakının ev sahibliyi etdiyi bütün beynəlxalq teatr tədbirlərində iştirak etmişəm. Həmçinin Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılmışam. Bakı üçüncü dəfədir ki, beynəlxalq teatr forumuna ev sahibliyi edir. Bilirəm ki, belə tədbirlərin keçirilməsi böyük zəhmət, təcrübə tələb edir. Sizin ölkənin rəhbərliyi, eyni zamanda Mədəniyyət Turizm Nazirliyi mədəniyyətə böyük diqqət ayırır bu böyük beynəlxalq tədbirlər bunun nəticəsidir. Bilirsiniz, dünya çox kiçikdir bu da bizlərə başqa ölkələrdə olmaq, baş verən hadisələr, yeniliklərlə bağlı məlumat almaq şansı verir. Bununla da biz başqa ölkələrin teatr sistemini, modellərini öyrənirik ki, bu da çox vacibdir. Belə teatr konfranslarında iştirak etdikcə yeni-yeni təcrübələr öyrənir, fikir mübadiləsi aparırıq.

 

Beynəlxalq Uşaq Teatrları Festivalının direktoru Ayşe Rau (Hindistan):

 

- Əvvəllər əsərlər yazmışam, indi isə teatr sahəsi ilə məşğulam. Mən bu teatr konfransına əsasən multikultralizm incəsənətin dünyanı dəyişə bilməsi nöqteyi-nəzərindən yanaşıram. Qarşıya belə sual çıxır: “Biz teatr sahəsində necə əməkdaşlıq edə bilərik?” Teatrdan istifadə etməklə uşaqlarda dəyərləri inkişaf etdirmək olar. Düşünürəm ki, bu mümkündür. Çünki sən başqa, fərqli dillərdə danışarkən, teatr yalnız bir dildə danışır. Bu, öyrənmək üçün gözəl dildir uşaqlar da bu dili gözəl öyrənə bilərlər. Teatr onlara özlərinə əminlik imkanı da yaradır. Bu konfransdan gözləntilərimə gəlincə, belə tədbirlər barədə sonda danışmağı xoşlayıram. Ümumilikdə isə belə konfranslarda yeni-yeni insanlarla, xüsusilə həmkarlarımla görüşürəm ki, bu da bizim sıx əməkdaşlığımıza şərait yaradır. Çox istərdim ki, gələcəkdə Azərbaycan uşaq teatrları ilə əməkdaşlıq edək. Bakıda olduğum üç gün müddətində bir neçə teatra baxmaq imkanım oldu. Dili başa düşməsəm , hərəkətlərdən tamaşanın məzmununu anladım. Ümumilikdə, teatra bir əyləcə kimi yanaşıram. İnsanlar orada həm dincəlir. Eləcə böyüklərin uşaq teatrına gəlib zövq almaları, dincəlmələri gözəl olardı. Axı sənin bütün həyatın boyu ciddi olmağın mümkün deyil. Ona görə bir mütəxəssis kimi hər kəsi teatra dəvət edirəm.

 

Mehparə

 

Mədəniyyət.- 2014.- 5 noyabr.- S. 3.