“Sən həmişə mənimləsən”

 

Qazax Dram Teatrında növbəti premyera

 

Oktyabrın 31-də Qazax Dövlət Dram Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” əsəri əsasında eyniadlı tamaşanın premyerası olub.

Ədibin 100 illiyi münasibətilə teatrın quruluşçu rejissoru Musa Eyyubovun hazırladığı tamaşada baş qəhrəmanları - Həsənzadə rolunu tanınmış aktyor Hacı Hacıyev, Nargilə rolunu gənc aktrisa Zəmanə Orucova oynayırlar. Digər rollarda Xanım Məmmədova (Nəzakət), İlqar Hacəliyev (Fərəc), Turac Mahmudova (Sarısaç), Arif Almədədov, Nəsimi Aşbazov çıxış edirlər. Tamaşanın musiqi tərtibatı Musa Eyyubova məxsusdur.

Rejissor əsərin ideyasına xələl gətirmədən hadisələri müasir həyatla uzlaşdırmağa çalışıb. Düzgün aktyor seçimi, müvəffəqiyyətli rejissor işi tamaşanın uğurlu alınmasına səbəb olub. Rəssam Afiq Məmmədovun bədii tərtibatı səhnə əsərini daha da baxımlı edib.

 

Mədəniyyət.- 2014.- 7 noyabr.- S. 11.