Bakıda növbəti görüşədək

 

III Beynəlxalq Teatr Konfransı işini başa vurdu

 

Maraqlı görüşlər, fikir mübadilələri ilə zəngin olan, yeni yaradıcılıq ideyalarının, təşəbbüslərin irəli sürüldüyü III Bakı Beynəlxalq Teatr Konfransı noyabrın 6-da işinə yekun vurdu.

 

Bağlanış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev iki gün ərzində aparılan müzakirələrin əhəmiyyətindən söz açdı. Azərbaycan teatrının inkişaf yolundan, zəngin ənənələrindən danışan nazir müavini milli peşəkar teatrımızın 1873-cü ildə yarandığını, 2006-cı ildən sonra teatr sənətinin yeni intibah dövrünü yaşadığını bildirdi: Həmin ildə postsovet məkanında ilk dəfə Azərbaycanda Teatrteatr fəaliyyəti haqqında qanun qəbul olunub. Sonrakı illərdə isə Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında ölkə Prezidentinin sərəncamının imzalanması, Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramının qəbul olunması bu sahənin inkişafına əhəmiyyətli təsir göstərib. Bu səkkiz il müddətində Azərbaycan teatrı beynəlxalq teatr təşkilatlarında uğurla təmsil olunur, bu təşkilatların Bakıda illik toplantıları keçirilir.

Onillik Dövlət Proqramının Azərbaycan teatrının inkişafını hərtərəfli istiqamətləndirən sənəd olduğunu deyən nazir müavini onun icrası və cari nəticələrini də qonaqların diqqətinə çatdırdı. Azərbaycanda 26 dövlət, 1 bələdiyyə, 1 antepriz, 5 özəl teatrın olduğunu deyən Ədalət Vəliyev özəl teatrlardan savayı bütün teatrların dövlətin tam dotasiyasında olduğunubunun teatrın yaşaması üçün vacib amil olduğunu vurğuladı. Qeyd olundu ki, 8 il ərzində ölkədə 9 teatrın binası əsaslı şəkildə yenidən qurulub və onların hər biri dünya standartlarına tam cavab verir. 4 teatr binası təmir olunub, binası olmayan 5 teatra yeni bina verilib. Üç yeni teatr binasının inşası ilə bağlı ölkə başçısı müvafiq sərəncam imzalayıb. Ölkə başçısı teatr təmsilçilərinin fəaliyyətini stimullaşdırmaq üçün onları fəxri adlar, təqaüd mükafatlarla təltif edir.

Ötən 8 il ərzində teatrlarda 800-dən artıq yeni tamaşa səhnəyə qoyulub onlardan təxminən 200-ü dövlət sifarişi yolu ilə hazırlanıb. Bu tamaşaları hazırlamaq üçün 28 ölkədən rejissorlar, rəssamlar, xoreoqraflar dəvət olunub. Bu illər ərzində teatrlarımız 30-dək ölkədə qastrol səfərində, eləcə 23 beynəlxalq festivalda uğurla iştirak ediblər. Bu zaman kəsiyində Azərbaycan teatrı ilə bağlı 50-dək kitab, eləcə Azərbaycan teatr antologiyası çap olunub, Azərbaycan teatr ensiklopediyası üzərində isə davam edir.

Azərbaycan teatrlarının son illər bütün irimiqyaslı beynəlxalq qurumlarda təmsil olunduğunu bildirən nazir müavini bu prosesin davam edəcəyini, tezliklə ölkəmizin Teatr Rəssamları, Texniki İşçilər Memarların Beynəlxalq Təşkilatına (OİSTAT) üzv olacağını dedi. Milli teatrın inkişafına xidmət edən bir neçə festivalın əsasının qoyulduğu, milli dramaturgiya nümunələrinin xarici dillərə tərcümə olunaraq müxtəlif ölkələrin teatrlarında səhnələşdirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Mədəniyyətimizin inkişafı dünyada təbliği istiqamətində görülən işlərdən söz açan Ədalət Vəliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən irimiqyaslı layihələrin bu sahəyə əvəzsiz töhfələr verdiyini vurğuladı.

Nazir müavini Azərbaycanda multikultural mühitin möhkəm təməllərə əsaslandığını ölkəmizdə başqa xalqların dilinə, mədəniyyətinə eyni qayğı ilə yanaşıldığını, rus, ləzgi gürcü teatrlarının da fəaliyyət göstərdiyini bildirdi. Qeyd olundu ki, teatrın yaşaması inkişafı üçün bu sənətə böyük sevgi vacibdir.

Bugünkü qloballaşan dünya son dərəcə çevik elmi-texniki tərəqqi sənət adamlarını bir qədər teatrdan kənar salıb. Bu gün teatrın sevgiyə ehtiyacı var: Bu zalda oturan, eləcə mədəniyyətə xidmət edən minlərlə insan yer üzündə sülhün, bərabərliyin, əmin-amanlığın elçiləridir. Gəlin, birlikdə dilimizdən, dinimizdən asılı olmayaraq, bu missiyanı böyük sevgi ilə yerinə yetirək.

Çıxışının sonunda hər kəsi yenidən Bakıya, növbəti konfransa dəvət edən nazir müavini tədbir iştirakçılarını iki il sonra eyni tarixlərdə şəhərimizdə salamlamaqdan şərəf duyacağını dedi.

Bununla da III Bakı Beynəlxalq Teatr Konfransı öz işini başa çatdırdı sonda xatirə şəkli çəkdirildi.

 

H.Nizamiqızı

 

Mədəniyyət.- 2014.- 7 noyabr.- S. 9.