Gənc Tamaşaçılar Teatrında görüş

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında III Bakı Beynəlxalq Teatr Konfransının bir sıra qonaqları ilə görüş keçirilib. Görüşdə Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) prezidenti İvetta Hardi, Sankt-Peterburq Gənc Tamaşaçılar Teatrının incəsənət proqramları üzrə sədri, Rusiyanın Xalq artisti Adolf Şapiro, Permdə fəaliyyət göstərən “U mosta” teatrının direktoru və bədii rəhbəri, Martin Makdonax festivalının prezidenti, Rusiyanın Əməkdar incəsənət xadimi Sergey Fedotov, Sankt-PeterburqKukART” festivalının prezidenti David Burman, Belarus Kamera Dram Teatrının bədii rəhbəri və direktoru Nataliya Başeva iştirak edib. Gənc Tamaşaçılar Teatrının direktoru, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidovun sədrliyi ilə keçirilən toplantıda qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdən sonra qonaqlar teatrın kiçik səhnəsində P.FilipponunDon Raffael Tranbonçu” tamaşasına baxıblar.

 

Mədəniyyət.- 2014.- 12 noyabr.- S. 7.