50 ilinSehrli xalat”ı

 

Noyabrın 12-də Nizami Kino Mərkəzində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ən uğurlu uşaq filmlərindən olan "Sehrli xalat"ın ekranlara çıxmasının 50 illiyi qeyd edildi. Mədəniyyət və Turizm Nazirliyinin və Dövlət Film Fondunun təşkilatçılığı ilə keçirilən yubiley mərasimindən öncə yarıməsrlik tarixi olansehrin qəhrəmanlarının fikirlərini öyrəndik.

 

Elə bil dünən idi

 

Mədəniyyət və Turizm Nazirliyi Kino yaradıcılığı sektorunun müdiri Yusif Şeyxov (filmdə Eldar rolunun ifaçısı):

- 50 il əvvəl "Sehrli xalat"ın premyerası da elə bu məkanda, “Nizami” kinoteatrında keçirilmişdi. Film bizim həyatımızda çox böyük rol oynadı. Kimsə kino sənətində qaldı, aktyor olanımız da oldu. İstərdim ki, bu axşam filmin yaradıcılarını yad edim. Quruluşçu rejissor Əlisəttar Atakişiyev, rəssam Məmməd Hüseynov, ikinci rejissor Əşrəf Mamayevin çox böyük zəhməti oldu bu filmdə. Çox şadam ki, filmin 50 illik yubileyində uşaqlar da iştirak edir. Bu o deməkdir ki, film yaşayır və daima yaşayacaq, seviləcək, neçə-neçə nəsil bu filmlə böyüyəcək.

 

Filmdə Zərifə rolunu ifa edən Solmaz Hətəmova:

- “Sehrli xalat” haqqında danışanda yenidən uşaqlıq illərimi yaşayıram. O vaxt 13 yaşım var idi. Məni rola məktəbdən seçmişdilər. Hər dəfə filmi seyr edəndə mənə əziz olan xatirələrim yada düşür. Əfsus ki, mən incəsənət sahəsində qala bilmədim. Kinonu, musiqini çox sevirdim. Zərifə mənim ilkson filmim oldu. Mənə film təklifləri çox gəlirdi. Amma ailəm aktrisa olmağımı istəmədi. Bu gün filmdə bir yerdə çəkildiyim insanları yenidən gördüyümə şad oldum. Dünyalarını dəyişənlərə rəhmət, qalanlara isə cansağlığı arzulayıram.

 

Əməkdar artist Almaz Mustafayeva:

- Elə bil dünən olub. Balaca qız idim. Mənim kino ilə tanışlığım bu film vasitəsilə oldu. Sənət yolum bu filmlə başlandı, həyatımda iz qoydu. Çəkilişlərdən sonra Əlisəttar Atakişiyevin məni dublyaja gətirərəkbaxın, bundan sonra bütün uşaq obrazlarını bu qız səsləndirəcək, təmiz diksiyası var”, deməsini heç vaxt unutmuram.

 

Xalq artisti, tarzən Zamiq Əliyev:

- Filmə çəkiləndə ağlıma gəlməzdi ki, 50 il sonra yubiley tədbirində iştirak edəcəyəm. 132 saylı orta məktəbdə oxuyurdum eyni zamanda indiki Tofiq İsmayılov adına gənclərin yaradıcılıq mərkəzində tar dərnəyinə gedirdim. Məni filmə orada görüb dəvət etmişdilər. Filmdə görkəmli sənətkarımız Arif Məlikovun musiqisini ifa edirəm. O zaman biz filmin dəyərini bu qədər başa düşmürdük. Sehrli xalatbizim üçün çox dəyərli bir yadigardır. Çünki onda uşaqlığımız xatirələrimiz yaşayır.

 

Azərbaycanın ilk elmi fantastik filmi

 

Yubiley tədbirini Bakı şəhəri Nizami rayonu Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin balaca istedadları aparırdı. İlk olaraq filmin rejissoru Əlisəttar Atakişiyevə həsr edilən süjet təqdim edildi. Bildirildi ki, Azərbaycan kinosunda bu gün adı hörmətlə yad olunan görkəmli sənətkarAzərbaycanfilmkinostudiyasında çəkilən 20 filmdə operator, rəssam, ssenarist rejissor kimi çalışıb. OnunBir qalanın sirri”, “Sehrli xalat”, “Qərib cinlər diyarındakimi filmləri uşaq kinosunun ən dəyərli nümunələridir. Rejissor uşaq filmlərində elmi fantastik janrın banilərindən biri hesab edilir.

Tədbirdə çıxış edən Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz SalayevSehrli xalat”ın xarici dillərə tərcümə olunduğunu bir çox ölkələrdə uşaqlar tərəfindən sevildiyi bildirdi. Filmin təkrarsız koloritinin yaradılmasında rəssamlar Məmməd Hüseynovun Cəbrayıl Əzimovun xüsusi rolunu qeyd edən kinoşünas 50 il əvvəl ekran əsərində göstərilənlərin bu gün reallığa çevrildiyini vurğuladı.

Sehrli xalat”ın bəstəkarı, SSRİ Xalq artisti Arif Məlikov filmin ərsəyə gəlməsi, musiqisinin yazılması ilə bağlı xatirələrini bölüşdü. Filmin yaradıcı heyətindən Xalq artisti Zamiq Əliyev, Əməkdar artist Almaz Mustafayeva, Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov, Solmaz Hətəmova Lamara Siqalova tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirdilər, xatirələrini dilə gətirdilər. Xalq artistləri Əliağa Ağayevin, Möhsün Sənaninin, Anatoli Falkoviçin, Ağahüseyn Cavadovun, İsmayıl Osmanlının, Hüseynağa Sadıqovun, Lütfü Məmmədbəyovun filmin çəkilişlərində iştirak etmiş başqa sənətkarların xatirəsini dərin ehtiramla yad etdilər. Çıxışlar böyük ekrandaSehrli xalat”dan kadrlarla müşayiət olunurdu. Nizami Kino Mərkəzinin foyesində "Sehrli xalat"ın 50 illiyi ilə bağlı fotosərgi təşkil olunmuşdu.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 14 noyabr.- S. 5.