Özbəkistan mediasında Azərbaycan mövzusu

 

Ölkəmizin Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi olan "Özbəkistan kütləvi informasiya vasitələrində Azərbaycan mövzusu" kitabı çapdan çıxıb.

Özbək və rus dillərində olan kitabda səfirlik və Mədəniyyət Mərkəzi tərəfindən keçirilən "Özbək mətbuatında Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi" müsabiqəsinə təqdim edilən maraqlı məqalələr yer alıb. Ön sözün müəllifi Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.

 

Mədəniyyət.- 2014.- 14 noyabr.- S. 3.