ADA Universitetində beynəlxalq festival

 

Noyabrın 14-də ADA Universitetində IV beynəlxalq tələbə festivalı keçirildi.

 

Festivalda Azərbaycanda fəaliyyət göstərən səfirliklər və beynəlxalq təşkilatların əməkdaşları, müxtəlif universitetlərdə, o cümlədən ADA-da təhsil alan beynəlxalq və yerli tələbələr iştirak edirdi. Layihənin məqsədi müxtəlif mədəniyyətlərlə tanışlıq və mədəniyyətlər arasında dialoq yaratmaqdır.

Tədbirə Argentina, Əfqanıstan, Avstriya, Bolqarıstan, Çin, Kolumbiya, Misir, Hindistan, İndoneziya, İraq, Tacikistan, Türkiyə, Fransa, Yunanıstan, Böyük Britaniya, Ukrayna, ABŞ - ümumilikdə 30-dan çox ölkəni təmsil edən ADA Universitetinin tələbələri qatılmışdı.

Qeyd edək ki, festival zamanı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan məlumat masası təşkil olunmuşdu, Azərbaycan milli rəqsləri və milli geyimləri də nümayiş etdirilirdi. Digər ölkələrin təmsilçiləri də öz milli mətbəxləri, mədəniyyət nümunələrini, milli geyimlərini təqdim edirdi. Festival müxtəlif xalqların rəqslərindən ibarət konsertlə başa çatdı.

 

Mehparə

 

Mədəniyyət.- 2014.-19 noyabr.- S. 6.