İncəsənət və idmanın vəhdəti

 

Bakıda II Beynəlxalq İdman Filmləri Festivalı keçirilir

 

Noyabrın 18-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman NazirliyiMilli Olimpiya Komitəsinin birgə təşkil etdiyi II Bakı Beynəlxalq İdman Filmləri Festivalı başlandı. Festival 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ərəfəsində idmanın müxtəlif növlərinə həsr olunan filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirmək məqsədi daşıyır.

 

Avropa Oyunları festivala marağı artırıb

 

Təntənəli açılış mərasimindən öncə festivala həsr olunmuş mətbuat konfransı keçirildi. İdman, KinoTeleviziya Filmləri Beynəlxalq Federasiyasının (FİCTS) sədri Askani Franko, festivalın münsiflər heyətinin sədri Endre Florian (Macarıstan), fransalı rejissor Kriştof Offenşteyn, münsiflər heyətinin üzvləri Yusif ŞeyxovRafiq Quliyev festivalın proqramı, dəvət olunmuş qonaqlar, müsabiqəyə təqdim olunan filmlər və s. məsələlər barədə media təmsilçilərinin suallarını cavablandırdılar.

Münsiflər heyətinin üzvü, Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov ötən il keçirilən birinci festivalla müqayisədə builki festivala təqdim edilən Azərbaycan filmlərinin və televiziya proqramlarının sayının əhəmiyyətli dərəcədə artdığını bildirdi, bunu Avropa Oyunları ərəfəsində idmana marağın göstəricisi kimi qiymətləndirdi.

KinoTeleviziya Filmləri Beynəlxalq Federasiyasının (FİCTS) sədri Askani Franko, Bakı festivalının münsiflər heyətinin sədri Endre Florian və fransalı rejissor Kriştof Offenşteyn Bakının ikinci dəfə ev sahibliyi etdiyi festivalın əhəmiyyətindən danışdılar. Layihənin dünyada idman və mədəniyyət əlaqələrinin genişlənməsi baxımından önəmi vurğulandı.

Qeyd edək ki, builki festivala 33 ölkədən 115 film təqdim olunub. Seçim komissiyası 23 ölkəni təmsil edən 48 filmi müsabiqəyə buraxıb. Festival 5 kateqoriyada - Bədii film, İdman şəxsiyyət, İdman dünya, TV filmləri, Milli film nominasiyalarında keçirilir.

İdman mövzusunda film çəkmək həm çətin, həm maraqlıdır

 

Sonra II Bakı Beynəlxalq İdman Filmləri Festivalının açılış mərasimi keçirildi.

Mərasimdə çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev ölkəmizdə, digər sahələr kimi, idmana da xüsusi dövlət qayğısı olduğunu vurğuladı. Bildirdi ki, ölkəmizin tanıdılması baxımından beynəlxalq idman yarışlarının, incəsənət festivallarının əhəmiyyəti böyükdür.

Qeyd olundu ki, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ölkəmiz üçün xüsusi önəm daşıyır. Oyunların yüksək səviyyədə təşkil olunması üçün bütün tədbirlər görülür. İnanırıq ki, bu idman yarışması bütün Avropa üçün bir bayrama çevriləcək. II Bakı Beynəlxalq İdman Filmləri Festivalının keçirilməsi idmana marağın artırılması istiqamətində bir addımdır.

Tədbirdə çıxış edən fransalı rejissor Kriştof Offenşteyn idman mövzusunda film çəkməyin çətin məsuliyyətli olmasından danışdı. Bildirdi ki, bu sahə qədər çətin olsa da, bir o qədər maraqlıdır. İdman filmləri dünya kino sənayesində öz yerini tutmaqdadır.

Sonra Kriştof Offenşteynin çəkdiyi "Tənha" filmi nümayiş olundu. Film yaxtaçıların dünya okeanında Yer kürəsi boyunca həyəcan dolu yarışmasından bəhs edir. Fransalı rejissor 1962-ci ildə anadan olub. O, "Heç kimə söyləmə" filmi ilə Sezar mükafatına layiq görülüb.

Festivalın proqramı üzrə filmlərin nümayişi noyabrın 19-da davam edəcək. Festivala noyabrın 20-də yekun vurulacaq.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 19 noyabr.- S. 2.