Biz sənin övladlarınıq

 

Noyabrın 17-də Heydər Əliyev Sarayında Milli Qurtuluş Günü münasibətilə uşaqlar üçün Biz sənin övladlarınıq adlı konsert proqramı təşkil olunub. Sarayın mətbuat xidmətindən bildiriblər ki, konsert proqramında uşaqların ifasında təqdim olunan millimüasir rəqslər, muğam, aşıq ifaları, illüziya şousu və rəngarəng çıxışlar maraqla qarşılanıb. Tanınmış ifaçılar da musiqi nömrələri ilə çıxış ediblər.

 

Mədəniyyət.- 2014.- 19 noyabr.- S. 2.