Avrasiya ilə Koreyanın görüşü

 

Muzey kuratorları üçün seminarda Azərbaycan təmsilçiləri də iştirak ediblər

 

Koreya Respublikası Xarici İşlər Nazirliyinin nəzdində yaradılmış Koreya Fondu ölkə mədəniyyətinin dünyada təbliği məqsədilə xarici muzeylərlə əlaqələrin qurulması, xüsusi sərgi, ekspozisiya və proqramların həyata keçirilməsi işində fəal iştirak edir.

Fondun 3-12 noyabr tarixində Seul şəhərində muzey kuratorları üçün təşkil etdiyiAvrasiya ilə Koreyanın görüşümövzulu praktiki seminarda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova və Azərbaycan Milli İncəsənət Muzeyinin baş mühafizi Nailə Rəhimova da iştirak edib.

Seminarda mütəxəssislər tərəfindən müasir Koreya mədəniyyəti, incəsənəti, iqtisadiyyatı və tarixi haqqında mühazirələrlə, yanaşı, səyyar məşğələlər də keçirilib. Tədbir müddətində iştirakçılar Koreyanın bir sıra müxtəlif mədəniyyət ocaqlarının fəaliyyəti ilə yaxından tanış olub, təcrübə mübadiləsi aparıblar.

 

Mədəniyyət.- 2014.- 21 noyabr.- S. 13.