80 ilin musiqi sədaları

 

Bəstəkarlar İttifaqının yubileyinə həsr olunmuş musiqi festivalından təəssüratlar

 

Bu günlərdə mədəni ictimaiyyət, musiqisevərlər əlamətdar hadisəni - Azərbaycan Bəstəkarlar İttifaqının yaradılmasının 80 illik yubileyini təntənə ilə qeyd etdi. Respublikanın peşəkar bəstəkar və musiqişünaslarını öz ətrafında cəmləşdirən bu yaradıcılıq birliyi yarandığı gündən musiqi mədəniyyətinin inkişafında mühüm rol oynamış, yeni yaradıcılıq təmayüllərinə təkan vermiş, musiqimizin dünya miqyasında təbliğ edilməsinə xidmət göstərmişdir.

 

Xalq artisti, UNESCO-nunSülh naminə incəsənət xadimi”, professor Firəngiz Əlizadənin rəhbərliyi ilə təşkilat öz işini daha da səmərəli şəkildə davam etdirərək respublikanın musiqi həyatında canlanma yaradır, beynəlxalq əhəmiyyətli layihələrdə yaxından iştirak edir, Azərbaycan musiqisinin dünya miqyasında tanıdılması və daha da yüksəlişi yolunda yeni-yeni nailiyyətlər qazanır.

Bəstəkarlar İttifaqının 80 illiyi münasibətilə təşkil olunan musiqi festivalı da mədəniyyət gündəmimizdə yaddaqalan səhifə oldu. Noyabrın 1-dən 5-dək davam edən festivalın tədbirləri paytaxtımızın mötəbər konsert salonlarında və teatr səhnələrində, o cümlədən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində və Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda, Dövlət Musiqili Teatrında, Akademik OperaBalet Teatrında gerçəkləşdi.

Festivalın təntənəli açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Azərbaycan bəstəkarlarının 80 ildə qazandığı nailiyyətlərdən və onlara göstərilən dövlət qayğısından bəhs etdi, bütün festival iştirakçılarını bu möhtəşəm musiqi bayramı münasibətilə təbrik etdi. İttifaqın sədri Firəngiz Əlizadə öz çıxışında iqtisadisiyasi cəhətdən sabit olan bir ölkədə yaşayan bəstəkarlarımızın yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün lazımi şəraitin olduğunu vurğuladı.

Festivalda Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələri - Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, C.Hacıyev, Niyazi, S.Rüstəmov kimi klassiklərdən başlamış, bu gün də yazıb-yaradan qocaman bəstəkarlarımızdan T.Bakıxanov, M.Mirzəyev, D.Dadaşovun, eləcə də orta nəsil nümayəndələrindən - S.İbrahimova, F.Nağıyev, O.Rəcəbov, A.Yusifova və başqalarının əsərləri səsləndirildi. Proqramda həmçinin ittifaqın gənc üzvlərindən F.Allahverdi, S.Qəni və A.Qəmbərlinin müxtəlif musiqi janr və üslublarını əhatə edən ən maraqlı əsərləri daxil edilmişdi. Musiqi tədbirində həmçinin Bəstəkarlar İttifaqının bölgə təşkilatlarını təmsil edən bəstəkarların, o cümlədən Naxçıvan Bəstəkarlar Təşkilatından Ş.Qasımov, K.Əhmədov və Y.Xəlilovun, Gəncə Bəstəkarlar Təşkilatından M.Cavadovun, Qubadan isə M.Arazbəylinin, xarici ölkələrdə (Türkiyə, İtaliya, Almaniyas.) fəaliyyət göstərən bəstəkarlarımızın əsərləri ifa edilərək Azərbaycan bəstəkarlıq məktəbinin müasir durumu haqqında tam təsəvvür yaratdı. Ümumilikdə, festivalda 70 müəllifin 90-dan artıq əsəri səslənərək, Azərbaycan bəstəkarlarının milli musiqi mədəniyyətimizi zənginləşdirən geniş yaradıcılıq panoramını sərgilədi.

Festival xalq çalğı alətləri orkestrinin konserti ilə başladı. Konsertdə orkestrin repertuarında özünə yer tutmuş klassik musiqi nümunələri ilə yanaşı, bəstəkarlarımızın son illərdə yazılmış maraqlı tembr effektləri ilə yaddaqalan əsərləri - “Lətifələr”(A.Dadaşov), “Babamın oyandırıcı Segah saatı” (H.Adıgözəlzadə), “Cəngi sədası” (V.Allahverdiyev), həmçinin C.Allahverdiyevin ilk dəfə səslənənİlmələrəsəri təqdim olundu.

Qeyd etmək lazımdır ki, son illərdə Azərbaycan bəstəkarlarının xalq çalğı alətləri orkestri üçün yazılmış əsərləri azlıq təşkil edir. Festivala təqdim olunmuş əsərlər içərisində milli alətləri daha çox solo alət kimi kamera ya simfonik orkestrin müşayiətində təqdim edən əsərlər diqqəti cəlb etdi. Bu qəbildən E.Dadaşovanın milli alətlər (ney, balaban, tütək, zurna) kamera orkestri üçünDiptixəsəri, D.Dadaşovun qanun ilə simfonik orkestr üçün konserti (I hissə), həmçinin Ə.Rəhmətovanın kamança, qanun simfonik orkestr üçün ikili konserti (III hissə) uğurla səsləndi.

Festivalda həmçinin hər bir musiqi janrında öz yeni sözünü deyən müasir Azərbaycan bəstəkarlarının, o cümlədən F.ƏlizadəninMetamorfozlar “Crossinq-1” əsərləri, C.Abbasovun 4 saylı simfoniyası Münacat-I”, A.Məmmədovanın simli kvarteti müvəffəqiyyətlə səslənərək dərin fəlsəfi məzmunu orijinal ifadə tərzi ilə fərqləndi.

Bəstəkarlarımızın yeni yazılmış əsərləri - A.DadaşovunDəstgah”, R.ƏliyevinBallada” (Heydər Əliyevə ithaf), M.Babayevin viola ilə simfonik orkestr üçün konserti, H.Adıgözəlzadənin “Bursa” kantatası, S.FərəcovunTürk şöləni s. əsərlər musiqi ictimaiyyəti tərəfindən maraqla qarşılandı.

Festivala bir sıra xarici ölkələrdən qatılan musiqiçilərin - violonçel ifaçısı musiqişünas Elizabet Vilson (İtaliya), Almaniya Musiqi Ensiklopediyasının redaktor müavini Moisey Boroda, tanınmış bəstəkarlar Olqa Petrova (Rusiya) Dmitri Yanov-Yanovskinin (Özbəkistan) ifaları da alqışlara səbəb oldu.

Festivalın sonuncu günündə keçirilən dəyirmi masada musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru N.Dadaşovanın təşkilatın 80 illik yubileyinə həsr olunmuşXaqani küçəsi 27” adlı məqalələr toplusu təqdim olundu. Ümumiyyətlə, son illərdə Bəstəkarlar İttifaqının təşəbbüsü, Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan musiqişünaslarının bir sıra yeni kitabları nəşr olunmuşdur. Həyata keçirilən yeni layihələrdən biri Azərbaycan bəstəkarları musiqişünasları haqqında yazılmış broşürlərin çap olunmasıdır.

Ümumiyyətlə, Bəstəkarlar İttifaqının 80 illiyinə həsr olunmuş festival Azərbaycan bəstəkarlıq məktəbinin keçdiyi inkişaf yoluna bir daha nəzər salmaq, əldə edilmiş nailiyyətləri xatırlatmaq bəstəkarlarımızın yeni uğurları ilə geniş ictimaiyyəti tanış etmək imkanı yaradaraq möhtəşəm musiqi hadisəsi kimi yadda qaldı. İnanırıq ki, milli musiqi mədəniyyətimizin daha da inkişaf etdirilməsi naminə əzmlə çalışan Azərbaycan bəstəkarları gələcəkdə yeni-yeni yaradıcılıq zirvələri fəth edəcəklər.

 

Sevda Hüseynova,

Bəstəkarlar İttifaqının baş məsləhətçisi, musiqişünas

 

Mədəniyyət.- 2014.- 21 noyabr.- S. 12.