Səhnədə kölgə

 

O, Azərbaycan kinoteatr tarixində fərqli oyun üslubu, xarakteri, sənətkar məziyyətləri ilə qalmaq haqqını hələ gəncliyindən qazanıb. Buna sənətkar xoşbəxtliyi də demək olar, zəhmətsevərlik də, məsuliyyət də. Amma bu nüansların hər birində mərkəzi xətt sənətə sevgidir. Həyatını teatra, kinoya həsr edib onunla bəzəməyi bacaran sevgisadiqlik. O özünə, sənətinə və tamaşaçısına çox sadiq aktyorlardandır. Hara getsə, harada olsa da, yenə sənətin içində, sənətlədir. 75 illik yubiley gecəsində də həm özünü təbrik etdi, həm də tamaşaçılarına bu yaşda aktyorun ağlasığmaz bir şuxluqda canlı-canlı şanson oxumaq (günün dəbli ifadəsi ilə desək) performansını sərgilədi.

 

Yubiley üçün məkan da doğma və fərqli idi. Zaman-zaman evim deyib sığındığı S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı. Həmin gün hamı onun oyununa, oyun içindəki ömürlüyünə alqışlar səsləndirirdi. Beləcə, səhnəmizin və ekranımızın tanınan, sevilən sənətkarları ömrünün 75-ci payızını yola saldı. Və təbii ki, aktyora xas tərzdə - yeni tamaşanın premyerası ilə. Premyerayubiley ab-havası hələ teatrın giriş qapısına yaxınlaşanda hiss olunurdu. “Şöhrət” ordenli Xalq artistini təbrikə tanınmış simalar toplaşmış, sadiq tamaşaçıları onu çiçək yağışına qərq etmək üçün sanki yarışırdılar.

Hacı Murad Yagizarovu təbrik etməyə gələnlər arasında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, nazirliyin əməkdaşları, millət vəkilləri, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov, tanınmış elm və sənət xadimləri, teatr, kinoteleviziya rejissorları, səbəbkarın doğma teatrındakı həmkarları və bir də çoxsaylı pərəstişkarları - sadə tamaşaçılar vardı.

Teatrın foyesində yubilyarın “Yaddaşımın dalğaları ilə” adlı memuarlar kitabı təqdim olunurdu. Kitabın ideyasının 2-3 il əvvəl yarandığını və uzun illərdən bəri beynində yığılan fikirlərini bir yerə topladığını deyən aktyor nəşrin təkcə özündən bəhs etmədiyini, orada Bakı, bakılılar, uşaqlığının keçdiyi Sovetski məhəlləsi, təhsil aldığı orta məktəb, institut illəri və Hacı Murad adlı insanın həyat hekayəsinin cəmləndiyini deyərək yüngülvarı arayış verdi: “Əvvəllər yazılarımın həcmi kiçik idi. Öz məhəlləmiz, uşaqlığımın keçdiyi küçələr, dalanlar... Sonralar uşaqlıq xatirələrimi yeniyetməlik və gənclik xatirələrimlə zənginləşdirdim. Beləliklə, bir kitabın mövzusu doğuldu. Mənə elə gəlir kitab çox maraqlı olacaq. Oxuyanlar bezməyəcək, yorulmayacaq”.

Tamaşaçılar kitablarını vərəqləyə-vərəqləyə bu gün səhnədə onları ayrı bir eşqlə gözləyən aktyoru görmək üçün zala tələsdilər. Budur, pərdələr açıldı və 75 yaşlı növcavanın səhnə dərsi başladı.

Aktyor səhnəyə tam başqa bir obrazda çıxdı. Qələmini həm də poeziyada sınayan Belarusdan olan jurnalist Vladimir StupnikovunTaraq!” pyesinin Azərbaycan səhnəsindəki versiyası - “Artistonun kölgəsi” adlı birhissəli kriminal şanson janrında tamaşadakı Artist obrazı ilə. Fərqli rejissor üslubu və hər tamaşaya seçkin traktovkası olan quruluşçu rejissor İlqar Safatın bu işi digərlərindən fərqləndi. İki ayrı müəllif üslubunu aktyor oyununda ustalıqla cəmləməyi bacaran rejissor aktyoru bizə bir anda səhnədə ən müxtəlif maneralar edə bilən ifaçı kimi təqdim etdi.

Xronometrajı 70 dəqiqə olanArtistonun kölgəsi” tamaşasını medalın, başqa sözlə, həyatın və “həyatın əqli aynası olan teatrın” iki fərqli üzünün təzahürü də adlandırmaq olar. Yəni burada teatr, aktyor, onun taleyi, səhnədən sonrakı yaşantıları, şöhrət və onun gətirdiyi müxtəlif duyğu savaşları harmonik şəkildə öz həllini tapmışdı. Bir insanın dramı, əslində, özünüifadə üçün başqası olmaq istəyi və bunun bir aktyorda təzahürü inandırıcı və təsirli idi.

Yagizarov özünü tanınmış bir artistin kölgəsi sanan, səfillik həyatı sürən, həmin artistin uğurlu, parlaq həyatını “həzm edə bilməməsi” səbəbindən onu qətlə yetirdiyini iddia edən bir şəxsi ona acıyaraq, haqq qazandıraraq, həm də qoruyaraq elə ifadəli oynayırdı ki, insan sadəcə bu axmaqmifik obraza haqq da qazandırırdı.

Onun ətrafındakı özü kimiya fərqli səfillər - özlərini bu dünyada hər kəsdən ağıllı, dürüst, lazımlı sayan küçə gitaraçalanı (Stefano Muskaritolo) və dəbdəbəli səhnənin “kralı” olan Artist (H.M.Yagizarov), onun ətrafındakı Pyero (Oleq Əmirbəyov), Arlekino (Teymur Rəhimov), Kolombina (Yeganə Hüseynli), rəqqasələr, pərəstişkarlar. Yəni əslində bu səhnə, onun üzərində yaşananlar və işıqların sönməsi ilə qaranlıqlara qərq olan küçə insanlarının böyük bir heçə məhkum həyatı hər zaman hər nəsnəni səhnəyə daşıyan artistin kölgəsi ilə özünün ən tragikomik izahını tapırdı.

Belə ki, Artistin ağlamsınaraq “mən heç vaxt belə səmimi-qəlbdən oynamamışam” etirafı və bu an özünü guya əsrarəngiz səhnələrin əvəzsiz aktyoru kimi hiss etməsi, bu xülyaya inanması və bunun gerçəkləşməməyinə görə daim ətrafını qınaması həqiqətən təsirli idi. Təxminən hər teatrdan ayrılan aktyorun istedad və qabiliyyətinə tərs mütənasib olan böyük rollar arzularına bənzəyirdi.

Bu mənada 75 yaşlı, həm də arzuladığı bütün rolları ifa edən, yəni əslində o nisgildə olmayan Yagizarovun qəhrəmanını hiss etməsi, onun uğursuzluğunun ifadəsi ustadın mono oyununu daha da təsirli edirdi.

Əslində tamaşada bir yox, bir neçə aktyor iştirak etdiyinə görə, onu mono deyil, təksözlü tamaşa da adlandırmaq olar. Çünki belə demək mümkünsə, danışmaq və gitaranın müşayiəti ilə pəsdən oxumaq hüququ yalnız Artistə verilmişdi. “İstedadlı insan hər bir işdə istedadlıdır” kəlamı burada da öz təsdiqini tapdı - Yagizarov şanson ifaçısı kimizövqoxşayan olduğunu nümayiş etdirdi. Tamaşaçıları dinlədikləri, çox qəribə bir tembrlə ifa etdiyi Qərb musiqilərinin ağuşunda ötənlərə aparan, gah kədərləndirib, gah da xoş xatirələr təbəssümünə qərq edən Artist özünü bu üslubda da uğurla sınaqdan keçirə bildi.

Ümumiyyətlə, sənətkarın potensialının səhnədə baş verənlərdən daha ağır olduğunu gözəyarı görmək də çətin olmadı. Və yəqin ki, elə belə də olmalı idi. Çünki məsuliyyətini hiss edən, səhnəyə sayını itirdiyi neçənci dəfə çıxsa da, eyni həyəcanda qala bilməsi və bunu hiss etdirməsi Hacı Murad Yagizarov sənətinin və onun aktyor kölgəsi olan qəhrəmanının səhnə qələbəsi idi...

Tamaşa bitər-bitməz uzun müddət səngiməyən alqış səslərinin çağırışı ilə səhnəni tərk etməyən yaradıcı heyətin üzvlərini, əllərində gül dəstələri səhnəyə tərəf yönələn tamaşaçıları, yubilyarı və yaradıcı heyəti təbrik edən teatrın baş rejissoru Aleksandr Şarovskini müşahidə etmək çox xoş idi.

Yubilyarın özünə gəlincə isə, tamaşa bitən kimi onun hətta adi doğum günlərində hər birimizin keçirdiyi daha çox izaholunmaz, amma hər halda, bir qədər narahat, bir qədər qürurlu, bir az şad, bir az da xəfif kədərli əhvala düşdüyünü sezməmək mümkün deyildi. O, sanki daha nə edə biləcəyi barədə düşünür və səhnə üçün darıxdığını həmin andakı səhnə səadətində izah etməyə çalışırdı.

Biz onu birtamaşadan sonra, avtoqraf yazmaq mərasimində gördük. Əslində bu bir neçə dəqiqəni tamaşanın gerçəklikdəki davamı da adlandırmaq olardı. Sadəcə aradakı fərq Yagizarovun kölgə yox, özü olması və arzu etdiyi sevgi ilə tam əhatələnməsində idi...

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2014.- 21 noyabr.- S. 11.