TEMPUS layihəsinin müsbət təsiri müzakirə edilib

 

Azərbaycan Turizm İnstitutunda (ATİ) Avropa İttifaqının (Aİ) TEMPUS layihəsi çərçivəsində «Regional strateji planların hazırlanması» mövzusunda tədbir keçirilib. Fransanın Savon Universitetinin nümayəndələrinin qatıldığı görüşdə institutun rektoru, professor Cəfər Cəfərov TEMPUS layihəsinin ali təhsil müəssisəsinə müsbət təsirindən danışıb.

Savon Universitetinin nümayəndələri təmsil etdikləri ali təhsil ocağının strukturu, mövcud fakültələr və şöbələr haqqında, strateji planlamanın təhsildə hansı metodlar vasitəsilə aparılması barədə danışıblar. ATİ-nin tədris işləri üzrə prorektoru Eldar Aslanov görüş iştirakçılarına institutun fəaliyyəti, strateji planları barədə məlumat verib.

 

Mədəniyyət.- 2014.- 21 noyabr.- S. 9.