İdman və incəsənət ekranda

 

Xəbər verdiyimiz kimi, noyabrın 18-dən 20-dək Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman NazirliyiMilli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə II Bakı Beynəlxalq İdman Filmləri Festivalı keçirildi. Festivalın müsabiqə proqramında 23 ölkədən 48 film yer almışdı.

 

Filmlər 5 kateqoriyada - “Bədii film”, “İdman və şəxsiyyət”, “İdmandünya”, “TV filmləri”, “Milli film” nominasiyalarında yarışırdı. Festivalın üçüncü günü nümayiş olunan ekran əsərlərinin bir neçəsinə biz də baxdıq.

 

Vəhşi təbiətlə üz-üzə: ekstrim həvəskarları üçün

 

Almaniyalı rejissor Niko Yagerİdmandünya” kateqoriyasında təqdim olunanMağara ilə əlaqə” filmində (operatorlar Skott Simper, Nil Silvervud) vəhşi təbiətlə ekstrim həvəskarlarının münasibətlərindən bəhs edilir. Dərin yeraltı yollar, nəhəng və sirr dolu iki mağara. Kieran Makkeyonunla eyni görüşü paylaşan komandası iki mağara sistemi arasında əlaqəni tapmaq üçün, demək olar ki, nəticəsi mümkün olmayan səyahətə başlayırlar. Onlar mağaranın itirilmiş təxminən 80 metr yolunu - NettlebedStormi Pot sistemi arasında əlaqəni tapmağa çalışırlar. Lakin bu 80 metrlik məsafə qeyri-adi və macəra ilə dolu bir yol olur. Dar keçidlər, gözlənilməyən su axını, dərinlikdə və qaranlıq bir məkanda xarici dünya ilə əlaqənin kəsilməsi həyəcanı bir az da artırır. Bu ekstremal şərait ekran qarşısında da insanı rahat buraxmır. Nəhayət, uğurlu nəticə bu komandaya Cənub qütbündə ən dərin mağaranı tapdıqlarını iddia etmək imkanı yaradır.

Filmdə vəhşi təbiət şəraitində idmanın və səyahətin cəlbedici tərəfləri diqqət mərkəzindədir. Ekstrim idmanı dünyasının həqiqi obrazlarını yaratmaq üçün komanda üzvlərinin bənzərsiz xarakter və fəaliyyətlərinə motivasiya verən amillər ekran əsərində xüsusi yer tutur.

Qeyd edək ki, Niko Yagerin macəra mövzusunda çəkdiyi sənədli filmlər bir rejissor kimi ona dünyada aparıcı film festivallarında mükafatlar qazandırıb.

 

Musiqi və idmanın vəhdəti

 

Rejissor Pedro Toronun çəkdiyi “Rəqs etfilmi idmanın spesifik bir sahəsindən bəhs edir. “İdmandünya” kateqoriyasından olan filmdə milyonlarla insanın sümüyə düşən ritmlərin sehrində bu idman növündən peşəkarcasına istifadə etməsindən söz açılır. Onlar lazım olan ifa texnikasını və musiqi yozumunu heyranedici bir tərzdə artistizm və atletizmlə bir araya gətirərək idmanmusiqinin vəhdətini yaradırlar. Nadir hallarda olur ki, beynəlxalq elitar ustalar rəqsin müxtəlif forma və üslublarını idman növü ilə bir səviyyədə birləşdirsinlər. İdman rəqqasları bu bacarıqlarını Dünya İdman Rəqs Oyunlarında nümayiş etməyə çalışırlar. 48 ölkəni təmsil edən 736 atletin iştirakı ilə çəkilən “Rəqs etfilmi idman rəqsinin müxtəlif tərəflərinin ümumi xüsusiyyətlərini əks etdirir. İdman rəqs duetləri Vyana valsı ilə müqayisə edilir: geyim və hərəkətlər fərqli olsa da, əhval-ruhiyyə və yanaşmalar eynidir. Bu həm də musiqinin, ritm və rəqsin qovuşmasının gücüdür.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 21 noyabr.- S. 4.