İncəsənət Kolleci müəllimlərinin yaradıcılıq sərgisi

 

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində bu təhsil ocağının nəzdində fəaliyyət göstərən İncəsənət Kolleci müəllimlərinin yaradıcılıq sərgisi açılıb. Sərgidə təsviri, dekorativ-tətbiqi, dizayn, heykəltəraşlıq, xalçaçılıq, bədii keramika, teatr-dekorasiyas. incəsənət sahələrində məşğul olan rəssam-müəllimlərin işləri nümayiş olunub. Mənzərə, portret, natürmort, bədii keramika, xalçaçılıq və digər növjanrlarda 50-yə yaxın əsər maraqla qarşılanıb. Sərginin məqsədi müəllimlərin gələcək rəssamlarda sənət həvəsini artırmaq, tələbələrlə yaradıcılıq körpüsü yaratmaqdır.

 

Mədəniyyət.- 2014.- 21 noyabr.- S. 2.