Ölüm var ki, həyatdan da dəyərli...

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 1991-ci ilin 20 noyabrında erməni quldurlarının raketlə vurduğu vertolyotda dünyasını dəyişmiş dövlət, hökumət və ictimaiyyət nümayəndələrinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. “Həyat var ki, ölüm qədər zəhərli, Ölüm var ki, həyatdan da dəyərli” adlı xatirə tədbirdə 1988-1992-ci illərdə Şuşa rayon milis şöbəsinin rəisi, DQMV Daxili İşlər İdarəsinin rəis müavini işləmiş, istefada olan polis polkovniki, Bakı Slavyan Universitetinin dosenti Sadir Məmmədov, Xocalı rayonunun keçmiş polis rəisi, mayor Sabir Məmmədov, şair-publisist Rauf İlyasoğlu, şair Qqtay Rza, 20 noyabr faciə qurbanlarının yaxınları, tələbələr, məktəblilər iştirak ediblər.

Kitabxananın direktoru Şəhla Qəmbərova müstəqillik tariximizin faciəli səhifələrindən olan 20 noyabr hadisəsi barədə danışıb. Faciənin canlı şahidi Sadir Məmmədov Qarabağın tarixindən söz açıb.

Uşaqlar arasında “Əsl vətənpərvər kimdir” adlı rəy sorğusu keçirilib. Sonda 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Azərbaycanın rəsmi şəxslərinin olduğu vertolyot qəzası ilə bağlı Sevinc Osmanqızının hazırladığı “Sülh missiyası” sənədli filmi göstərilib.

 

Mədəniyyət.- 2014.- 26 noyabr.- S. 15.