Türkiyə mədəniyyəti günlərinin kino proqramı

 

Noyabrın 23-dən 27-dək davam edən Türkiyə mədəniyyəti günlərinin proqramında qardaş ölkənin kino sənəti nümunələri də yer almışdı. Noyabrın 25-də Nizami Kino Mərkəzində Eşq təsadüfləri sevər filmi nümayiş olunub.

 

Nümayişdən əvvəl C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının direktoru Müşfiq Hətəmov, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya baş müdirliyinin idarə rəhbəri Mustafa Selcuk Yavuzkanat çıxış edərək mədəniyyət tədbirinin əhəmiyyətindən, iki ölkə arasında kino sahəsində əməkdaşlığın vacibliyindən söz açıblar. Qeyd olunub ki, 2012-ci ildə Xalq yazıçısı Elçinin əsəri əsasında Azərbaycan və Türkiyə kinematoqrafçılarının çəkdiyi Mahmud və Məryəm filmi bu sırada mühüm layihə idi və belə layihələrə daha çox yer vermək lazımdır.

Sonra film nümayiş olunub. Böcek Yapım studiyasında Nuran Evren Şitin ssenarisi əsasında rejissor Ömər Faruk Sorakın çəkdiyi film iki gəncin sevgiyə doğru həyat yolundan bəhs edir. Baş rollarda Mehmet Günsür, Belçim Bilgin, Altan Erkekli, Yigit Özşener, Ayda Aksel, Hüseyn Avni Danyal və başqaları çəkiliblər.

* * *

Noyabrın 26-da isə Nizami Kino Mərkəzində Yozqat Blues filmi göstərildi. Süjet xətti təklifi aldıqdan sonra Yozqat şəhərinə gedən 58 yaşlı musiqi müəllimi Yavuzonun tələbəsi, 30 yaşlı müğənni Neşenin münasibətləri üzərində qurulub. Yozqat YavuzNeşenin hekayəsinin başlandığı və bitdiyi yerdir.

Onlar şəhərin restoranlarında musiqiçi kimi çalışırlar. Yozqata gəldikləri ilk gündən tanış olduqları saç ustası Sabribu işdə onlara yardımçı olur.

Sabrinin o vaxtadək görüşdüyü qızlarla münasibəti heç alınmayıb, ancaq Neşe ile tanış olandan sonra aralarında duyğusal bir yaxınlıq başlayır. Film Neşenin son zamanlarda həyatına girən iki kişidən hansı birini seçəcəyi mövzusu ilə davam edir.

2013-cü ildə Türkiyə və Almaniya kinematoqraflarının birgə istehsal etdikləri filmin rejissoru Mahmud Fazil Coşqundur. O həm də filmin ssenari müəlliflərindən (Tarık Tufanla) biridir. Baş rolları Ercan Kesal, Ayça Damqaçı və Tansu Biçer oynayırlar.

Yozqat Blues filmi bir sıra beynəlxalq festivallarda nümayiş olunaraq müxtəlif mükafatlara layiq görülüb.

 

Fariz Hüseynov

 

Mədəmiyyət.- 2014.- 28 noyabr.- S. 5.