Folklor paytaxtı”ndaBalakən payızı

 

Xəbər verdiyimiz kimi, sentyabrın 25-26-da Mədəniyyət Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtlarıproqramına əsasən bu ilinFolklor paytaxtıelan olunmuş Balakən rayonunda folklor turizm festivalı, həmçinin poeziya görüşü keçirilib.

 

Mədəniyyət Turizm Nazirliyinin Balakən Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyiBalakən payızıfestivalında Dağıstan (Rusiya Federasiyası) Gürcüstanın, həmçinin Ağdam, İsmayıllı, Masallı, Şəki, Qax, Zaqatala Balakən rayonlarının folklor kollektivləri iştirak edirdilər.

Festival şəhərdəki Heydər Əliyev prospektində, Mədəniyyət mərkəzinin qarşısındakı meydanda kollektivlərin təqdimatı ilə başlandı. Gürcüstanın Dağıstanın folklor rəqs kollektivləri, Şəki rayonu Şorsu kənd mədəniyyət evininAbayrəqs kollektivi, Ağdam rayonununŞuransamblı, MasallınınHalayrəqs qrupu, Qax rayonununPeşvebi”, İsmayıllınınİvanovka”, ZaqatalanınQızılgülfolklor kollektivləri qısa proqramla çıxış etdilər.

Sonra iştirakçılar prospektlə ulu öndərin adını daşıyan mədəniyyət istirahət parkına yürüş etdilər. Burada Balakən rayonunun folklor rəqs kollektivləri festival iştirakçılarını şux rəqslərlə qarşıladılar. Parkda Balakən mətbəxi dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgilər təşkil edilmişdi. Tədbir iştirakçıları bölgə mətbəxinin dadlı təamlarının dadına baxaraq folklor kollektivlərinin çıxışlarını izlədilər.

Günün ikinci yarısında Heydər Əliyev parkında festivalın rəsmi açılış mərasimi oldu. Mərasimdə İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək dövlət başçısı İlham Əliyevin qayğısı nəticəsində Balakən rayonunun son illər xeyli inkişaf etdiyini vurğuladı. İcra başçısı Balakənin zəngin mədəni irsinin, folklor ənənələrinin olduğunu diqqətə çatdırdı: “BalakəninFolklor paytaxtıelan edilməsi rayonun milli-mənəvi dəyərlərinə verilən yüksək qiymətdir. Mədəniyyət Turizm NazirliyininXalq Yaradıcılığı Paytaxtlarıproqramı çərçivəsində həyata keçirilən bu festival xalqımıza xas olan mədəni irsi qoruyub saxlamaq təbliğ etmək baxımından mühüm əhəmiyyət daşıyır. Ölkəmizdə belə festivalların keçirilməsi artıq ənənəyə çevrilib. Ümidvaram ki, “Balakən payızıfolklor turizm festivalı da ənənəvi olacaq”.

Mədəniyyət Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev çıxış edərək Balakənin qədim tarixə, etnik müxtəlifliyə, zəngin adət-ənənəyə malik olduğunu vurğuladı: “Bu gün yeni bir layihənin başlanğıcını qoyuruq. Bilirsiniz ki, Balakən şəhəri 2014-cü il üçünAzərbaycanın Folklor Paytaxtıelan edilib. İlk dəfə keçirilənBalakən payızıfolklor festivalıFolklor iliçərçivəsində burada təşkil olunan tədbirlərin davamıdır. Bu gün keçirilən festival onu deməyə əsas verir ki, Balakən, həqiqətən , Azərbaycanın mədəniyyət mərkəzlərindən birinə çevrilməkdədir. Belə festivalların keçirilməsi nəinki Balakənin, eyni zamanda bu bölgənin mədəni həyatına müsbət təsir göstərəcək. Güman edirəm ki, festival ənənəvi olaraq keçiriləcək. Nazirlik olaraq belə tədbirlərin keçirilməsini bundan sonra da dəstəkləyəcəyik”.

Mərasimdə folklor rəqs kollektivlərinin təqdim etdiyi konsert proqramı tamaşaçılar tərəfindən maraqla izlənildi.

 

* * *

Balakən - Azərbaycanın Folklor Paytaxtı-2014” layihəsi çərçivəsində rayon Mədəniyyət mərkəzində poeziya görüşü keçirildi. Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu, şair-tərcüməçi Ənvər Əhməd, şair Sərvaz Hüseynoğlu, gənc şairlər Xəyal Rza Fərid Hüseyn ədəbiyyat həvəskarlarının görüşünə gəlmişdilər.

Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, millət vəkili Kamilə Əliyeva, Mədəniyyət Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

Gecədə çıxış edən şair Çingiz Əlioğlu Balakənin tarixən vətəni yadelli basqınlardan qoruyan, əzmkar insanların yaşadığı bir torpaq olduğunu dedi: “BalakəninFolklor paytaxtıelan olunması heç təsadüfi deyil. Bu bölgənin əhalisi tarixdə qəhrəmanlıqlar göstərmiş, gözəl adət-ənənələr, folklor nümunələri yaratmışdır. Balakən Azərbaycanın gözəl landşafta malik təbiəti ilə seçilən bir məkanıdır. Buranın əsas bəzəyi isə mərd, əzmkar insanlarıdır”.

Şair-tərcüməçi Ənvər Əhməd Balakən rayonunu qədim adət-ənənənin, milli musiqinin, folklorun daim yaşadıldığı bölgə kimi xarakterizə etdi.

Daha sonra çıxış edən şair Sərvaz Hüseynoğlu, gənc şairlər Xəyal Rza Fərid Hüseyn tarixin dərin qatlarından keçib gələn, saflaşıb durulan folklorumuzun, musiqimizin, milli mətbəximizin qorunduğunu inkişaf etdirildiyini bildirdilər. Şairlər şeirlərindən nümunələr oxudular. Səmimi əhval-ruhiyyədə keçən poeziya gecəsi rayon sakinlərinə xoş anlar yaşatdı.

Qeyd edək ki, “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtlarıproqramı üzrə bu il paytaxt elan olunmuş bölgələrdə tədbirlər davam edir. Növbəti tədbir oktyabrın 3-də “Sənətkarlıq paytaxtıAbşeron rayonunda təşkil olunacaq.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 1 oktyabr.- S. 12.