Mədəniyyət və Turizm Nazirliyində Çexiya səfiri ilə görüş

 

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Çexiyanın ölkəmizdəki səfiri Vitezlav Pivonka ilə görüşüb. Söhbət zamanı iki ölkə arasında mədəniyyət və turizm sahəsində əlaqələrin hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Nazir müavini Azərbaycan və Çexiyanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin mövqeyini dəstəkləməsi və ikitərəfli əlaqələrin sürətlə inkişaf etməsindən məmnunluğunu ifadə edib.

Qəbula görə minnətdarlığını bildirən səfir Bakıda "Hot&Cold. Drinking glasses and porcelain from Central Europe" (İsti soyuq. Mərkəzi Avropadan işçi şüşələri farfor”) adlı sərginin təşkilinə nazirlik tərəfindən köməklik göstərilməsini xahiş edib. Nazir müavini sərginin təşkilinə köməklik göstəriləcəyini bildirib.

 

Mədəniyyət.- 2014.- 3 oktyabr.- S. 3.