Muğam qanadlarında”

 

Oktyabrın 7-də Heydər Əliyev Sarayında “Muğam qanadlarında” adlı konsert proqramı təqdim olunub. Sarayın təşkilatçılığı ilə keçirilən konsertdə xalq artistləri Simarə İmanova, Zabit Nəbizadə, respublika və beynəlxalq muğam müsabiqələrinin laureatları Babək Niftəliyev, Bəyimxanım Vəliyeva, Ehtiram Hüseynov, İlkin Əhmədov, Səbuhi İbayev, Aytən Məhərrəmova, Elnur ZeynalovGülay Qədirova çıxış ediblər. Konsertdə “Mahur”, “Şüştər”, “Şahnaz”, “Segah”, “Cahargah”, “Dilkəş”, “Qatar”, “Bayatı-Şiraz”, “Şahnaz” təsnif və muğamları ifa olunub.

Ənənəyə uyğun olaraq konsertə Qarabağ müharibəsi veteranları və əlillər cəmiyyətlərinin üzvləri, kimsəsiz və əlil uşaqlar dəvət edilib.

 

Mədəniyyət.- 2014.- 10 oktyabr.- S. 8.